Bağırsaqlar

İnsanın mədə-bağırsaq traktı

Bağırsaq (lat. intestinum) — insanlar da daxil olmaqla çoxhüceyrəli heyvanlarda

Anatomik quruluşu

[redaktə | mənbəni redaktə et]

Anatomik olaraq bağırsaq aşağıdakı seqmentlərə bölünür:

Nazik bağırsaq

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Nazik bağırsaq

Nazik bağırsaq və ya orta bağırsaq (lat. intestinum tenue; yun. enteron) həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür:

Yoğun bağırsaq

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yoğun bağırsaq

Yoğun bağırsaq və ya arxa bağırsaq - lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür:

Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar - lat. teniae coli, çömçələr - lat. haustra coli, köndələn şırımlar - lat. sulci transversi və piy artımları (çıxıntıları) - lat. appendices epiploicae vasitəsilə nazik bağırsaqdan ayrılır. Yoğun bağırsaq insanın və çox heyvanların həzm traktının sonuncu hissəsidir. O bağırsağın bir hissəsidi, nazik bağırsaqdan sonra başlayır və anal kanalla bitir.