Başir Rameev

Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır.

Başir Rameev
tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев
rus. Баши́р Исканда́рович Раме́ев
Başir Rameev, 1980-ci il.
Başir Rameev, 1980-ci il.
Doğum tarixi
Doğum yeri Rusiya, Başqırdıstan, Baymak
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Rusiya Rusiya, Moskva
Dəfn yeri
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Fəaliyyəti informatik, mühəndis
Elmi dərəcəsi
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür.

Başir Rameev, 1929-cu il

O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur. Orta məktəbin 10-cu sinfi üçün imtahan verən Rameev Moskva Energetika İnstitutunun 2-ci kursuna qəbul edilir,

lakin 1938-ci ildə atası repressiyaya məruz qalır. Başir institutu tərk etmək məcburiyyətində qalır və Ufaya qayıdır.

1940-cı ildə isə Moskvadakı Mərkəzi Rabitə Elmi-Tədqiqat İnstitutunda texnik vəzifəsinə işə düzəlir. Burada onun işi layihələndirmə və radiolokasiya qurğularının elektron elementlərinin hesablaması ilə bağlı idi. 1948-ci ilin dekabrında B. Rameev və İ. Bruk "Avtomatik rəqəmli hesablama maşını" sifarişini hazırlayır. Daha sonra M. Leseçkonun rəhbərliyi ilə "Strela" adlandırılan hesablama maşınının yaradılması üzrə işlərə başlanılır.

Y. Bazilevski baş konstruktor, B. Rameev onun müavini təyin olunur.

Maşının ilk seriyasının eskiz layihəsi Başir tərəfindən hazırlanır. "Strela" böyük ölçüyə və rahat komandalar sisteminə malik idi. 1953-cü ildə maşının qüvvədə olan nüsxəsi Dövlət Mükafatları üzrə Komissiyaya təqdim edilir. 1954-cü ildə "Strela"nın yaradıcıları Dövlət Mükafatına layiq görülürlər. 1951–1953-cü illərdə Rameev Moskva Mühəndis-Fizika İnstitutunda rəqəmli hesablama texnikasına dair mühazirələr oxuyur. Sonradan onun tələbələrinin əksəriyyəti yerli hesablama texnikasının aparıcı istehsalçıları olmuşdurlar.

"Ural" elektron hesablama maşınları

[redaktə | mənbəni redaktə et]

"Strela"nın buraxılışı ilə bağlı işlərin müvəffəqiyyətlə tamamlanmasından sonra onun yaradıcılıq tərcümeyi-halında yeni – "Ural" adlı hesablama maşınları ailəsinin yaradılması dövrü başlandı. "Ural-1" maşınının istehsalı üçün Penza şəhərindəki zavod seçilmişdi. Başir 1955-ci ildə Moskvada onunla işləmiş gənc mütəxəssislər qrupu ilə birlikdə bu şəhərə köçür. Rameev bu haqda yazır:

"Sonradan Penz məktəbini təşkil edən istehsalçılar kollektivi 1952–54-cü illərdə Moskvada formalaşmışdı. Kollektivin bir qismi institutda mənim qrupumda təhsil almış, təcrübə keçmiş və institutu bitirdikdən sonra mənimlə çalışmış və "Strela" hesab qurğusunun tənzimlənməsində iştirak etmişdilər. Sonradan onlara digər ali təhsil ocaqlarının gənc mütəxəssisləri qoşulmuşdular".

Penzada o, Riyazi Maşınların Elmi-Tədqiqat İnstitutunun (sonra İdarəedici Maşınların Elmi Tədqiqat İnstitutu) elmi iş üzrə baş mühəndis və direktor müavini, eyni zamanda "Ural" hesablama maşınlarının baş konstruktoru olur. 1957-ci ildə buraxılmış "Ural-1" maşını "Ural" ailəsinin əsası hesab edilir. Maşının sadəliyi, uğurlu konstruksiya və qiymətinin aşağı olması onun geniş tətbiqini şərtləndirdi. "Ural-1"-dən sonra həminki element bazasında (elektron lampalarda) daha iki maşın yaradıldı: 1959-cu ildə "Ural-2" və 1961-ci ildə "Ural-4". Birinci "Ural" ilə müqayisədə "Ural-2" və "Ural-4" maşınlarının sürəti 50 dəfə və xarici yaddaşın həcmi isə əhəmiyyətli dərəcədə artırılmışdı. Başir Rameev xatirələrində qeyd edir:

"1960-cı ildə yarımkeçirici "Ural" ailəsinin yaradılması üzrə işlər başlandı.

Maşınların yeni nəslinin əsas xüsusiyyətləri mənim tərəfimdən hələ 1959-cu ildə xülasə edilmişdi. Onlara uyğun olaraq mən maşınlar ailəsinin tərkibini müəyyən etdim, onların strukturunu, arxitekturasını, interfeysləri, unifikasiya prinsiplərini qurdum, qurğular üçün texniki tapşırıqları təsdiq etdim. Planlaşdırma prosesində istehsalçılarla əsas həlləri və işin gedişi müzakirə edilirdi. Digər məsələlərdə aparıcı istehsalçılar və bölmələrin rəhbərləri tam azadlığa malik idilər".

1962-ci ilin noyabrında avtomatlaşdırılmış istehsala hesablanmış "Ural-10" elementlərinin unifikasiya edilmiş kompleksinin hazırlaması tamamlandı.

Hərçənd elementlər "Ural-11" — "Ural-16" EHM seriyasında istifadə üçün işlənirdi, hesablayıcı texnikanın başqa vasitələrində və avtomatikada geniş şəkildə tətbiq olunmağa başlandı. Bu hədəflər üçün elementlərin bir neçə milyon ədədi buraxılmışdı. Yarımkeçirici "Ural" ailəsinə üç model daxil idi: "Ural-P", "Ural-14" və "Ural-16". İlk iki model ardıcıllıqla 1964-cü, sonuncu isə 1969-cu ildən buraxılmağa başlandı. Bu ailə modellərinin buraxılışı baş konstruktor B. Rameevin yaradıcılıq irsində yeni mərhələ açdı.

Bu, Rusiyada periferiya qurğuları (unifikasiya edilmiş interfeys), unifikasiya edilmiş operativ və xarici yaddaş ilə əlaqənin təşkilinin unifikasiya edilmiş sisteminə malik maşınların ilk ailəsi idi. Bu ailənin modellərində sonradan üçüncü nəsil maşınlarında geniş istifadə olunan bir çox ideyalar (fasilələrin inkişaf etmiş sistemi, yaddaşın effektiv mühafizə sistemi, inkişaf etdirilmiş proqram təminatı və s.) reallaşdırıldı. 1962-ci ildə Rameev dissertasiya müdafiəsi olmadan texniki elmlər doktoru elmi dərəcəsinə layiq görüldü. Rameevin elmi-texniki fəaliyyəti haqqında akademik A. İ. Berq yazırdı:

"Başir Rameevi mən 17 yaşından tanıyıram.

Elmi-texniki fəaliyyətin xarakteri və yerinə yetirilmiş işlərinin həcmi üzrə çoxdan elmlər doktoru dərəcəsinə təqdim edilən tələbələr səviyyəsindədir. Buna görə hesab edirəm ki, B. Rameev dissertasiya müdafiəsi olmadan texniki elmlər doktoru elmi dərəcəsini almağa tamamilə layiqdir".

Üçüncü nəsil EHM-lərin hazırlanmasında iştirakı

[redaktə | mənbəni redaktə et]

XX əsrin 60-cı illərinin sonlarında Rusiyada hökumət səviyyəsində bir sıra inteqral sxemlərdə hesablama maşınlarının yeni nəsilləri sisteminin yaradılması haqqında qərar qəbul edildi.

Üçüncü nəsil maşınları ilə bağlı məsələlərin həlli, planlaşdırma, hazırlama və buraxılış ilə əlaqədar olaraq 1967-ci ildə Moskvada Elektron Hesablama Texnikası üzrə Elmi Tədqiqat Mərkəzi təşkil edildi. Mərkəzin direktoru Krutovski oldu, eyni zamanda o, baş konstruktorlar şurasına başçılıq edirdi. Qeyd edək ki, bir sıra ölkələrdə artıq üçüncü nəslin ilk sistemləri buraxılmışdı: ABŞ-da — "IBM/360" (IBM firması) və İngiltərədə — "System 4" (ICL firması).

Bu istiqamətdə artıq "ICL" firması ilə danışıqlar aparılırdı. B. Rameev aktiv tərəfdar və danışıqların iştirakçısı idi. Onun iştirakı ilə "ICL" firması ilə əməkdaşlıq haqqında bir sıra ikitərəfli protokollar imzalandı. Rameev sistemin əsas konstruktorunun müavini kimi elmi-tədqiqat institutunda çalışmağa razılaşdı. Çünki o, riyazi maşınların Penza Elmi Tədqiqat İnstitutu barədə rahat idi — orada şagirdləri "Ural-25" multiprosessorlu sistem layihəsinin hazırlamasını bitirirdilər və inteqral sxemlərdə "Ural-21"-in yaradılması üzrə işlərə istiqamət almışdılar.

Dahi ixtiraçı Başir Rameev 16 may 1994-cü ildə Moskva şəhərində vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]