Başkort

Başkort (Başq:Башҡорт) — Başqırd Mərkəzi Şurası tərəfindən 1917–1918-ci illərdə qədim başqırdca çap olunan həftəlik sosial-siyasi qəzet. Yazılarında başqırdları milli birliyə səsləyən bolşeviklərə qarşı çıxış edən qəzet 1918-ci ilin avqust ayında fəaliyyətini dayandırır. Buna səbəb isə Başqırd hökumətinin Sovet hökuməti ilə müqavilə bağlaması idi.

Başkort
(Başq:Башҡорт)
Təsisçi Başqırd Mərkəzi Şurası
Redaktor Sagit Mryasov
Yaranma tarixi iyun 1917
Dil qədim başqırdca
Nəşrini dayandırıb avqust 1918
Baş ofis Orenburq, Çelyabinsk
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzetin ilk nömrəsi "Başq:Башҡорт иттифаҡи бюроһының мөхбире" (Başqırd Vilayət Şurasının Xəbərləri) adı ilə 1917-ci ilin iyun ayında Orenburqda çap olunub. Bu sayda Zəki Vəlidi Toğanın "Başq:Башҡорттарҙың алдында торған эштәре" (Başqırdların qarşısında duran məsələlər) məqaləsi çap edilib. Sonradan bu məqalə Başqırd Milli Hərəkatının proqramına çevrildi. İyul ayında qəzetin adı "Başkort" olaraq dəyişdirildi.[1] Çap olunan bu qəzet azadlıq uğrunda, öz torpaqları uğrunda və Başqırd Milli Muxtariyyəti uğrunda güclü carçıya çevrilir.

"Başkort" qəzeti Ümumbaşqırd qurultayları, konfranslar, müəssisələr məclisinə seçkilər haqqında məlumatlar verib müharibəyə qarşı məqalələr dərs edirdi. Bu qəzet başqırdların birləşməsində və milli fikirlərin təbliğatında böyük rol oynayır.

Qəzet açıq aydın bolşeviklərə qarşı çıxış edir.[2] Başqırd Mərkəzi Şurası 1918-ci ilin iyununda Çelyabinskə köçdükdən sonra qəzet də burada nəşr olunmağa başlayır. 1918-ci ilin avqust ayında qəzet öz fəaliyyətini dayandırır. 20 avqust 1918-ci ildə "Başkort" və Orenburqda nəşr olunan "Başkort tauışı" (Başqırd səsi) qəzetlərinin birləşdirilib "Başkort xokumətenen tele" (Başqırd hökumətinin xəbərləri) qəzeti olaraq fəaliyyət göstərməsi haqqında qərar verilir. Bunun əsas səbəblərindən biri Başqırd hökuməti və ordusunun Sovet hökuməti tərəfə keçməsi idi. Yekun razılaşmanı əldə etmək üçün başqırd nümayəndə heyəti Moskvaya gedir. 9 mart 1919-cu ildə 14 paraqrafadan ibarət razılaşma hazırlanır. Başqırdıstan tərəfdən razılaşmanı M. Kulayev, M. Xalikov, A. Bikbavov, RSFSR tərəfdən isə İosif Stalin, Abram Kamenski tərəfindən imzalanır. Soveti dəstəkləməyən başqırdlar isə Omsk şəhərində baş redaktoru Məhəmməd Qabdulxay Qurbanqaliyev olan yeni "Kaxaraman başkort" qəzetini təsis edirlər.

Qəzetin redaktorları

[redaktə | mənbəni redaktə et]
  1. Башкортостан: краткая энциклопедия. Ufa: Башкирская энциклопедия. 1996. səh. 163. ISBN 5-88185-001-7.
  2. "Национальная печать башкортостана" (rus. ). bashculture.ru. 12 iyul 2010. 22 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.