Başqırd Mərkəzi Şurası

Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb.[1][2]

1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər.[2]

Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi.[3]

Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi.[3] 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular.

Aprelin əvvəlində onlar Orenburqun başqırdkazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular. İyun ayında mərkəzi şura öz fəaliyyətini bərpa etdi. Şura Başqırd hökumətinin tədbirlərini dəstəkləyib, antibolşevik təbliğat apararaq Başqırd Milli Hərəkatı üçün maaliyyət dəstəyi yığmaqla yanaşı, digər milli hərəkatlarla münasibət yaradırdı. Başqırd Mərkəzi Şurası 1919-cu ilin 20 mart tarixində Sovet hökumətinin mərkəzi ilə Başqırd hökuməti arasında Başqırd Sovet Muxtariyyətinin yaradılması haqqında razılaşma imzalanana qədər fəaliyyət göstərib.[4]

Başqırd Mərkəzi Şurasının mətbuat orqanı "Başkort" qəzeti olub.[3]

Başqırd Mərkəzi Şurasının sədrləri:

Şuranın ilk üzvləri:[5]

  1. Salavat Qasımov. Башкирская энциклопедия / Başqırd ensiklopediyası. Ufa. 2005—2011. ISBN 978-5-88185-306-8.
  2. 1 2 Alfiyya Aqliullina. "Рождение республики" (rus. ). bashinform.ru. 21 mart 2019. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
  3. 1 2 3 Artur Asafyev. "Башкирская общественность отметила 100-летие со дня провозглашения автономии" (rus. ). idelreal.org. 24 noyabr 2017. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
  4. Azat Yarmullin. "Первая автономная республика в составе России" (rus. ). kurultay-ufa.ru. 19 mart 2016. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
  5. "Энциклопедия Башкирии - Башкирское центральное шуро" (rus. ). ufa-gid.com. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.