Başqırdıstan–Tatarıstan münasibətləri — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Başqırdıstan-Tatarıstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Etnik quruluş etibarilə başqırdlar tatarlara yaxındırlar.
Tarixi mənbələrə görə, başqırd-tatar əlaqələri hələ təxminən on min il əvvəl başlamışdır.
1552-ci ildə Kazan xanlığının süqutundan sonra hər iki türk boyu – tatar və başqırdlar ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Bundan sonra hər iki respublikanın ərazisi Rusiya imperiyasının tərkibində olmuşdur.
Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan başqırdlar və tatarlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan Ufa, Orenburq, Kargah, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından demək olar ki, heç bir fərq yox idi. Təhsil işçiləri arasında tatarlar olduğu kimi, çoxlu başqırdlar da var idi. Onlar heç bir zaman ayrılıq və həsrət yaşamamışlar.
Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Toğan, Şeyxadə Babiç və digərləri əsərlərini başqırd dilində deyil, məhz tatar dilində qələmə almışlar. Ancaq bu əsərlər bolşevik çevrilişindən sonra süni olaraq cənub-qərbi başqırd ləhcəsinə köçürülmüş və qiyamdan 9 il sonra, 1926-cı ildə başqırd dilində ilk kitab yayımlanmışdır.
Tatar kommunisti Sultan Qaleyev bütün "inqilabçı müsəlmanlar" üçün Tatar-Başqırd Respublikası və müsəlman Qızıl Ordusu təşkil etmək ideyasını irəli sürmüş, lakin bu ideya qəbul olunmamışdır. Tatar-Başqırd Sovet Respublikasını qurmaq layihəsi baş tutmadıqda, 20 mart 1919-cu ildə RSFSR daxilində Başqırd Muxtar Sovet Sosialist Respublikası quruldu[1]. 1920-ci il mayın 27-də isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası yaradıldı[2][3]. Daha sonra isə hər iki dövlət RSFSR-in subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. SSRİ dağıldıqdan sonra isə hər ikisi Respublika statusu alsa da Rusiya Federasiyasının tərkibindəki subyektlərdəndirlər.
Başqırdıstan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |