Başqırdıstan Respublikası İqtisadi İnkişaf Nazirliyi

Başqırdıstan Respublikasının İqtisadi İnkişaf Nazirliyi — İqtisadiyyat, investisiya və xarici iqtisadi fəaliyyətin formalaşdırılması və koordinasiyası, kiçik və orta biznesin inkişafı və dəstəklənməsi sahəsində sektorlararası koordinasiya, planlaşdırma və funksional tənzimləmə, regionlararası münasibətlərin inkişafı sahəsində dövlət idarəetməsini həyata keçirən respublika icra hakimiyyəti orqanıdır.

Başqırdıstan Respublikası İqtisadi İnkişaf Nazirliyi
  • Başqırdca:Башҡортостан Республикаһының Иҡтисади үҫеш министрлығы
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Rusiya Federasiyası, Başqırdıstan Respublikası
Yurisdiksiya Rusiya
Yaradılma tarixi 2012
Tabelik Başqırdıstan Respublikası Prezidenti
Ünvan Тукаева küçəsi.46, Ufa, Başqırdıstan Respublikası
Rəhbərlik
Rəhbər Novikov Sergey Vladimiroviç

Rəsmi saytı economy.bashkortostan.ru

Başqırdıstan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ölkədə sosial-iqtisadi proseslərin proqnozlaşdırılması və monitorinqini həyata keçirir, sosial və iqtisadi inkişafın prioritetlərini müəyyənləşdirir, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı, balanslaşdırılmış, inteqrasiya olunmuş, səmərəli istismar və davamlılığı təmin edən iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas istiqamətləri və tədbirlərini təşkil edir.

Nazirlik 2013-cü ildə Başqırdıstan Respublikasının sosial-iqtisadi inkişafının proqnozunu və 2015-ci ilədək, Başqırdıstan Respublikasının 2012-ci il üçün sosial-iqtisadi inkişafının yekun nəticələrini hazırlayıb.

  • Balabanov Vladimir Aleksandroviç (2010-2011)
  • Marin Aleksandr Vladimirovich (2012-ci ildən -12.12.2013-cü ilədək)
  • Vasiliev Aleksandr Yuriyeviç
  • Mavrin Evqeniy Viktoroviç
  • Novikov Sergey Vladimiroviç (20 iyul 2015-ci ildən)[1]
  1. "Указ Главы Республики Башкортостан от 20 июля 2015 года № УГ-164 «О министре экономического развития Республики Башкортостан»". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]