2024-cü ildə Başqırdıstanda etirazlar — 15–19 yanvar 2024-cü il tarixlərində Rusiya daxilində Başqırdıstan Respublikasında keçirilən etiraz aksiyaları. Buna hakimiyyətin başqırd ekoloji fəalı Fail Alsınova qarşı cinayət işi başlatması səbəb olmuşdur. Alsınov daha sonra 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu, Baymak şəhərində nümayişlərə səbəb olmuş və burada ən azı 1,000 nəfər başqırd etirazçı toplanmışdır. Etiraz aksiyaları çevik qüvvə ilə toqquşmalarla nəticələnmişdir. Buna cavab olaraq polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etmişdir.[3][4] Etirazlar 19 yanvarda regionun paytaxtı Ufaya yayılmış və nəticədə 10 nəfər həbs edilmişdir.[5]
Başqırdıstanda etirazlar | |
---|---|
Tarix | yanvar 2024 |
Yeri | |
Nəticəsi | |
Başqırdıstanda artan etirazlara görə, Moskva, Kazan, Nijni Novqorod və Sankt-Peterburq kimi böyük şəhərlərdən istifadəçilərin göndərdiyi mesajlar çatdırıla bilmədiyi üçün "WhatsApp" və "Telegram" mesajlaşma xidmətləri regionda bloklandığı iddia edilmişdir. "Downdetector" xidmətinin verdiyi məlumatlara görə, uğursuz mesajların əksəriyyəti Ufa şəhərindən olmuşdur ki, bu da ölkədəki bütün mesajların 22%-ni təşkil edir.[6][7]