Başqırd Dövlət Təbiət Qoruğu Başqırdıstan Respublikasının Cənubi Ural dağları razisində yerləşir.
Başqırd qoruğu | |
---|---|
rus. Башкирский государственный природный заповедник | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 49 609 ha |
Mütləq hündürlüyü | 685 m |
Yaradılma tarixi | 11 iyul 1930 |
Faunası | Qonur ayı, Nəcib maral, Canavar, Adi vaşaq |
Yerləşməsi | |
53°20′44″ şm. e. 57°46′40″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Başqırdıstan |
bashzapoved.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq 11 iyul 1930-ci ildə təşkil edilmişdir. Qoruğun ərazisi 49 609 hektardır.
1951-ci ildə Başqırdıstan MSSR Nazirlər Sovetinin qərarı ilə qoruq ləğv edilir. Qoruğun ərazisi Lesxozlara verilir. Ərazisində meşə tədarük edilir.
1958-ci ilin noyabrında Başqırd qoruğu yenidən bərpa edilir[1]. 1986-cı ilə qədər qoruq 3 hissədən ibarət olmuşdur: Ural-Tau, Cənubi Kraka və Pribel. 1986-ci ildə qoruğun bir hissəsində müstəqil Şulqan-Taş qoruğu təşkil edir.
2006-cı ildə Lomonosov adına Universitetin əməkdaşları və tələbələr tərəfindən qoruğun xəritəsi tərtib edilir[2]
Qoruq Başqırd Uralının mərkəzi hissəsində yerləşir. İnxibati cəhətdən Başqırdıstanın Burzyan, Abzelilov və Belores rayonları ərazisində yerləşir. Qoruğun şimal sərhədi Kaqa çayı, şərqdə Uraltu dağları, cənubda Uzyan, qərbdə isə Kraka dağının şərq ətəkləridir.
Qoruğun ərazisi ümumilikdə dağlıqdır. Ərazisi demək olar ki, meşə ilə örtülüdür. İqlimi atlantik kontinentaldır. Qış ayları bəzən -45 °C şaxtalar müşahidə edilir. Yayda yüksəkliklərdə bəzən şaxtalar müşahidə edilir. İllik yağıntının miqdarı 500 mm-dir. Yağıntı əsasən yay-payız aylarına təsadüf edir.
Qoruğun ərazisində ümumilikdə 700 növ ot, kol və ağac növü yetişir. Burada 51 növ məməli, 155 növ quş, 27 növ balıq, 4 növ suda-quruda yaşayan və 6 növ sürünən yaşayır.