Babək Əliyev

Babək Əsgər oğlu Əliyev (1 oktyabr 1997; Ləkətağ, Culfa rayonu, Naxçıvan MR, Azərbaycan – 5 avqust 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi iştirakçısı.

Babək Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Ləkətağ, Culfa rayonu, Naxçıvan MR, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əsgər Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020—2022
Rütbə Leytenant
Vəzifəsi Bölük komandiri
Döyüşlər Vətən müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Murovdağ döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2023 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Babək Əliyev 1997-ci il oktyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində anadan olmuşdu. O, 2016-cı ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi yüksək qiymətlərlə bitirərək həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Ali Hərbi məktəbdə oxuduğu illərdə hərb sənətinə daha dərindən yiyələnən Babək Əliyev nümunəvi kursant kimi “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif olunmuşdu. O üç bacının tək qardaşı və nişanlı idi. 2020-ci ildə Ali Hərbi Məktəbi başa vuran Babək leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən “N” hərbi hissədə xidmətə başlamışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun leytinantı olan Babək Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir.

Vətən müharibəsində iştirakına görə Babək Əliyev baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.

Vətən müharibəsindən sonra 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərir. Qeyd edək ki, “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılmış, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş, həmçinin bir neçə hərbi nəqliyyat vasitəsi və çoxlu sayda döyüş sursatları sıradan çıxarılmışdır.

“Qisas” əməliyyatından sonra bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılır. 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində qəhrəmanımız Babək Əliyev şəhidlik zirvəsinə ucalır.[1]

Avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi keçirildi. İzdihamla qarşılanan şəhidimizin cənazəsi “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salındı.[2] 

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Babək Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş - FOTO". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. "Kəlbəcərdə şəhid olan Babək Əliyevin dəfn olunub". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  3. "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 10.02.2022. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2022.
  4. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 25.06.2023. Archived from the original on 2023-06-25. İstifadə tarixi: 26.06.2023.