Babək Abuşov (Xalistürk)

Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk[1]) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir.

Babək Abuşov
Doğum tarixi (74 yaş)
Doğum yeri Kürdəmir, Azərbaycan SSR, SSRİ
Vəfat yeri Kazan, Tatarıstan
Dəfn yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya"
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı Professor
İş yeri AMEA Fiziologiya İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Qızıl qələm" medya mükafatı

1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib.

1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A.İ.Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır. "Normal şəraitdə, qida deprivasiyasına məruz qaldıqda  və deprivasiya dayandırıldıqdan sonra siçovulların lateral hipotalamik sahəsinin neyron və sinapsları" mövzusunda dissertasiya müdafiə etmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Müəyyən etmişdir ki, beynin lateral hipotalamik sahəsinin arxa hissəsinin bayır-lateral nahiyəsində yerləşən və qan damarları ilə biləvasitə təmasda olan iri retikulyar neyronlar aclıq hissini ilk növbədə qəbul edən reseptor rolu oynayırlar.

Elmi əsərlər

[redaktə | mənbəni redaktə et]
  1. Абушов Б.М.  Ультраструктура нейронов и си-напсов латеральной гипоталамической области у крыс // Арх. aнат., 1984,  т. 86, №4, с. 13-19
  2. Абушов Б.М.  Репаративные изменения в нейро-нах латеральной ги­по­­таламической области моз­га при пищевой депри­вации // Бюлл.экспер. биол. и мед.,

1986,  №2, с. 205-207

  1. Abushov B.M. Morphofunctional analysis of the effects of total sleep deprivation on the CNS in rats // Neurosci Behav Physiol, 2010, 40:4:403-409
  2. Абушов Б.М. Влияние депривации парадоксаль­ного сна на ультраструктуру нейронов голов­ного мозга и поведенческие реакции крыс // Анналы экспериментальной и кли­нической неврологии, 2011, т.5, № 2, с. 29-33.
  3. Абушов Б.М.  Изменения ультраструктуры аксоден­дритных синапсов поля СА1гиппокампа при 96-часовой депривации парадоксаль­ного сна // Неврол. вестник, 2011, т.43, № 3,  с.8-10.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 120, xaricdə çıxmış elmi əsərlərinin sayı 63-dür. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 11 məqalə PubMed-in informasiya məlumat bazasına daxil olmuşdur, 9 məqalə РИНЦ-də indeksləşdirilmişdir

4 övladı, 8 nəvəsi, 1 nəticəsi var. Övladlarının ikisi həkim-stomatoloq, biri pedaqoq, dördüncüsü isə iqtisadçı-ekoloqdur.

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

16 yaşından bədii yaradıcılıqla məşğuldur. Qələmindən yüzlərlə qəzəl, lirik və satirik şeir və 10-a qədər hekayə çıxmışdır.  Şerlərini "Xalistürk" ləqəbi ilə yazır. "Qızıl Qələm" medya mükafatı laureatıdır. "Sahibkarlıq və hüquq" müstəqil ictimai, siyasi, elmi qəzetin redaktorudur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]