Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı – 12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964).
Baba Salahov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 5 fevral 1923 |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 12 avqust 1981 (58 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1940–1981 |
Musiqi aləti | tar |
Mükafatları |
Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir.[1] Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir.[2]
Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir.
Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.[2]