Bafadar Səfərov (tam adı: Bafadar Ağamirzə oğlu Səfərov; 8 mart 1923, Baxışlı, Xızı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Bafadar Səfərov | |
---|---|
Bafadar Ağamirzə oğlu Səfərov | |
Doğum tarixi | |
Doğum yeri | Baxışlı, Xızı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Ağamirzə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Təqaüdçü |
1923-cü il martın 8-də Xızı rayonunun Baxışlı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş,[2] Berlinə qədər yetişmişdir.[3] Müharibədən sonra 25 il milis orqanlarında işləmişdir. 3 uşağı, ona yaxın nəvə-nəticəsi olmuşdur.[4] Qanlı Yanvar faciəsi ərəfəsində təqaüdçü idi.
19-dan 20-nə keçən gecə Q-87—99 AQ markalı "Moskviç" maşınında Salyan kazarmasına tərəf gedərkən yolda hərbçilər tərəfindən öldürülmüşdür. Meyidi yalnız yanvarın 27-si Təzəpir Məscidində tapılmışdır. Meyid Hərbi Hospitaldan gətirilmiş, meyidin bel və bud nahiyəsində süngü, beyin nahiyəsində isə güllə yarası olmuşdur.
Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bakı şəhəri, Mətbuat prospekti, ev 35, mənzil 61.