Baxışlı — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılmışdır.[1]
Baxışlı | |
---|---|
40°53′59″ şm. e. 48°58′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 782 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd müxtəlif illərdə Baxşalı (1933), Baxşılı (1961) variantlarında da qeydə alınmışdır. Baxışlı toponimi etnotoponimdir. Kəndin əvvəlki adı Baxışlı qazmaları olmuşdur. XIX əsrin əvvəllərində Ataçay sahilindəki Zarat kəndinə məxsus qışlaqda həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Deyilənlərə görə, kəndin əsasını baxışlı nəsli qoymuşdur.[2]
Bu kənd ötən əsr ərzındə 3 dəfə yerinin dəyişməsinə məruz qalmışdır. İlk olaraq Baxşılı Tıxlıdan Beşbarmaq (Baş Bərmək) istiqamətində gedən yolun üstündə səfalı bır yerdə yerləşmiş, ətrafinda Zərgərli, Findığan (köhnə, bu kəndin də yeri dəyişmişdir) Gücöyrə kəndlərı olmuşdur. Zəlzələdən sonra baş vermiş sürüşmədən sonra əhali kəndin indiki yeri ilə üzbəüz, Ataçayın o biri sahilində məskunlaşmışdır.
Kənd Ataçayın sahilində, dağ ətəyində, Bakı şəhəridən 113 km məsafədə Bakı-Altıağac yolunda yerləşir.
Baxşılı kəndinin köklü əhalisi digər ətraf kəndlərdən fərqli olaraq türkdillidir. Qonşu kəndlərdən - Güneyqışlaq, Bəyəhmədyurd, Ərisküş kəndlərindən köçub Baxşılıda yaşayan bir neçə ailə dağlı dilini bilir. 1988-ci illərdə baş vermiş hadisələr nəticəsində öz doğma yurd-yuvalarını məcburi köçkünlər üçun kəndin aşağı girişində dövlət tərəfindən evlər tikilmiş, onlar orada yaşamağa başlamışlar. Hazırda Baxşılı bələdiyyəsində 315 nəfər yaşayır.
Xızı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |