Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir.[1]
Bafomet | |
---|---|
ing. Baphomet | |
| |
Ölkə | ABŞ |
Yerləşir | Detroyt, Miçiqan |
Sifarişçi | Satana məbədi |
Tikilib | 2015 |
Hündürlüyü | 2.7 m |
Material | tunc |
2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır.[2] İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq.[2] 25 iyul 2015-ci ildə[3] heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır.[4] “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır.[5][6]
“Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar. Məbəd ardıcıllarından biri isə açıq şəkildə şəxsi azadlığa iddia edir. Bafomet heykəli Satana məbədinin qalmaqallı çağırış məşqidir.”[6]
16 avqust 2018-ci ildə heykəl, bir neçə saat ərzində Arkanzas Ştat Kapitolu qarşısında saxlanmış axtomobilin üstündə nümayiş etdirilmişdir.[7] Satana məbədi ardıcılları bu sərginin artıq çoxdan açılışı baş tutmuş On qüsurlu hərəkət moumentinə etiraz xarakteri daşıdığını bildirmişlər.[8][9]
2018-ci ilin noyabrında heykəlin oxşarının, müəllif hüquqları nəzərə alınmadan “Sabrinanın ürək donduran macəraları” teleserialında istifadə edilməsinə görə Satana məbədi Netflixi məhkəməyə vermişdir.[10]