Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu[1]) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru,[2] dosent[3], ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995).
Bahar Bərdəli | |
---|---|
Doğum tarixi | 6 may 1957 (67 yaş) |
Doğum yeri | |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964–1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974–1979) bitirmişdir. 1979–1991-ci illərdə Bərdədə, 1991–2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir.[4]
2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür.
Bahar Bərdəlinin elmi yaradıcılığı Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. O, XX əsrin 30–40-cı illər ədəbiyyatını, Balaş Azəroğlunun yaradıcılıq yolunu və Şimali Azərbaycana mühacirət etmiş cənublu şairlərin həyat və yaradıcılığını tədqiq etmişdir. 2010-cu ildə "Balaş Azəroğlunun yaradıcılıq yolu" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. Bununla bağlı "Cənubi Azərbaycan mühacir poeziyası (1947–1990)", "Balaş Azəroğlunun yaradıcılıq yolu", "Müstəqillik dövrü Azərbaycan poeziyası" monoqrafiyalarını yazmış və çap etdirmişdir. O, mühacir şairlərin təxminən 43 illik dövr ərzindəki yaradıcılıqlarını mövzular üzrə qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir.
Hazırda Bahar Bərdəli Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində "Müstəqillik dövrü Azərbaycan şeirində gerçəkliyin əksi" mövzusunda filologiya elmlər doktorluğu işi üzərində çalışır.