İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Mühacir (ərəb. المهاجر — «Hicrət edənlər») — 622-ci ildə Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. Mühacirlər ənsarlarla birlikdə müsəlman cəmiyyətinin elitasını təşkil edirdilər.
İlk mühacirlər 615-ci ildə Efiopiyaya hicrət etmiş müsəlmanlardır. Efiopiyada məskunlaşanların 83 nəfəri kişi idi.
622-ci ildə Məkkəlilər tərəfindən zülmə məruz qalan yüzə yaxın yetkin kişi ailələri ilə birlikdə Məkkəni tərk edərək onlara sığınacaq verən ənsarlarla birlikdə Mədinəyə yerləşir. Mühacirlərin çoxu iman xatirinə qohumluq əlaqələrini kəsərək evlərini və mallarını tərk edir.
Əvvəlcə onların çoxu kasıb idi. Yəhudi tayfası Bənu Nadir qovulduqdan sonra evlər və torpaqlar müsəlmanlar arasında bölüşdürülür. Ömər ibn Xəttab müsəlmanların maddi rifahının İslamdakı təcrübələri və Peyğəmbərə yaxınlığı ilə müəyyən edilən vergi islahatı vasitəsilə ənsarlara digər müsəlman qruplarından daha yüksək maaşlar təyin edir. Belə ki, Bədr döyüşünün bütün iştirakçıları 5 min dirhəm, zövcələrinə isə 500 dirhəm verilir. Müqayisə üçün qeyd edək ki, müsəlmanların növbəti kateqoriyası (Hüdeybiyyədəki müqavilə ilə Yərmuq döyüşü və Qadisiyyə uğrunda döyüş arasındakı intervalda İslamı qəbul etmişlər) artıq 3000 dirhəm, zövcələri isə 400 dirhəm alırdılar. Mühacirlər hətta şəxsi təqaüdlərin (3 min dirhəmə qədər) ödənilməsinə görə ilk, ən imtiyazlı insanlar qrupundan da seçilirdilər.
Bütün saleh xəlifələr və xəlifəlik iddiasında olanlar da mühacirlərdən idi. Əməvilər və Abbasilər mühacirlərin nəslindən idilər.
Mühacirlər Bədr, Uhud, Huneyn və digər döyüşlərdə düşmənə qarşı fədakarlıqla vuruşmuşlar. Bədr döyüşündə 70-ə yaxın mühacir iştirak etmişdir.
Məhəmməd peyğəmbərin vəfatından sonra mühacirlər və ənsarlar Ərəbistanda mürtədlərə, bizanslılara, farslara və xilafətin digər xarici düşmənlərinə qarşı vuruşmuşlar.
Mühacirlərə inanclarını xilas etmək üçün başqa ölkələrə köç edən müsəlmanlara da deyilir.