Bahar Məmmədova

Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu[1]) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru,[2] dosent[3], ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995).

Bahar Bərdəli
Doğum tarixi 6 may 1957(1957-05-06) (67 yaş)
Doğum yeri
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı
İş yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964–1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974–1979) bitirmişdir. 1979–1991-ci illərdə Bərdədə, 1991–2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir.[4]

2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür.

  • Qarabağın maralı. (Povest, hekayələr). Bakı, Gənclik, 1995
  • Bənövşələr açanda. (Şeirlər). Bakı, Gənclik, 1996
  • Ağ kəpənək. Bakı, Qorqud, 1998
  • Çərşənbə tonqalı. Şeirlər. Bakı, Şirvannəşr, 2000
  • Duyğuların səması. Povest, hekayələr. Bakı, Şirvannəşr, 2005
  • Qayıtmısan. Bakı, Nurlan, 2011
  • İki əsrin hekayələri. Bakı, Nurlan, 2018
  • Qarabağın dayağı Bərdə — Bərdənin qüruru şəhidlər… Bakı, 2021[5]
  • Balaş Azəroğlunun yaradıcılıq yolu. Bakı, Nurlan. 2007[6]
  • Cənubi Azərbaycan mühacir poeziyası. Bakı, Elm və təhsil, 2012
  • Müstəqillik dövrü Azərbaycan poeziyası. Bakı, Elm və təhsil, Bakı, 2014[7]
  • Bahar Bərdəli. Seçilmiş əsərləri. 3 cilddə. I cild. (Şeirlər). Bakı, Nurlan, 2017[8]
  • Bahar Bərdəli. Seçilmiş əsərləri. II cild. (Povest, hekayələr). Nurlan, Bakı, 2017
  • Bahar Bərdəli. Seçilmiş əsərləri. III cild. (Elmi əsərlər). Nurlan, Bakı, 2017

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bahar Bərdəlinin elmi yaradıcılığı Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. O, XX əsrin 30–40-cı illər ədəbiyyatını, Balaş Azəroğlunun yaradıcılıq yolunu və Şimali Azərbaycana mühacirət etmiş cənublu şairlərin həyat və yaradıcılığını tədqiq etmişdir. 2010-cu ildə "Balaş Azəroğlunun yaradıcılıq yolu" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. Bununla bağlı "Cənubi Azərbaycan mühacir poeziyası (1947–1990)", "Balaş Azəroğlunun yaradıcılıq yolu", "Müstəqillik dövrü Azərbaycan poeziyası" monoqrafiyalarını yazmış və çap etdirmişdir. O, mühacir şairlərin təxminən 43 illik dövr ərzindəki yaradıcılıqlarını mövzular üzrə qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir.

Hazırda Bahar Bərdəli Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində "Müstəqillik dövrü Azərbaycan şeirində gerçəkliyin əksi" mövzusunda filologiya elmlər doktorluğu işi üzərində çalışır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Məmmədova Bahar Hüseynəli qızı.
  2. "Ədəbiyyat İnstitutunun fəlsəfə doktorları". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-05.
  3. "Arxivlənmiş surət". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-05.
  4. "Məmmədova Bahar Hüseynəli qızı". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-05.
  5. "Qarabağın dayağı Bərdə - Bərdənin qüruru şəhidlər... Bakı, 2021" (PDF). 2022-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-06.
  6. "Balaş Azəroğlunun yaradıcılıq yolu. Bakı, Nurlan. 2007" (PDF). 2022-04-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-13.
  7. Müstəqillik dövrü Azərbaycan poeziyası. Bakı, Elm və təhsil, Bakı, 2014 [ölü keçid]
  8. "Bahar Bərdəli. Seçilmiş əsərləri. 3 cilddə. I cild. (Şeirlər). Bakı, Nurlan, 2017" (PDF). 2018-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-08.