Baharlı yaşayış yeri

Artefaktların foto təsviri

Baharlı — abidə Ağdam rayonu Mirəşelli kəndinin Bənövşələr köçgün qəsəbəsindən 500 m cənub-qərbdə yerləşir. Bu diametri 78 m, hündürlüyü 1,5 m olan təpə Qarabağ müharibəsi zamanında səngər qazılması nəticəsində dağıdılmışdır. Toplanılmış saxsı kolleksiyası neolit və son tunc – erkən dəmir dövrlərinə aiddir.[1]

  1. Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016