Mirəşelli

MirəşelliAzərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Mirəşelli kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Mirəşelli
40°08′18″ şm. e. 47°02′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0218
Xəritəni göstər/gizlə
Mirəşelli xəritədə
Mirəşelli
Mirəşelli

Birinci Qarabağ müharibəsindən sonra Ağdam rayonunun Mirəşelli kənd qəbristanlığına ziyarətə gedən kənd sakinləri Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olan Baş Qərvənd kəndi ərazisindən tez-tez avtomatlardan atəşə tutulurdular. Mirəşelli kəndinin qəbiristanlığı qoşunların təmas xəttinin 100–150 metrliyində yerləşirdi. Yerli sakinlər dəfn mərasimlərinə və ziyarətə getmək üçün səngərdən istifadə edirdilər.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə içməli su verilməsinə başlanılıb.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
  3. Ermənistan Silahlı Qüvvələri qəbiristanlığa ziyarətə gedən Ağdam sakinlərini atəşə tutub — apa.az [ölü keçid]
  4. "Ağdamın kəndlərinə içməli su çəkilib". 2011-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-04.