Bakı-Sumqayıt qatarı

Bakı-Sumqayıt qatarı Bakı vağzalında

Bakı-Sumqayıt qatarıBakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən, Bakı şəhərindəAbşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən[1] marşrut xətti olan Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən nəqliyyat vasitəsi.

Bakı vağzalı

Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyətdə olmuşdur. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlamışdır.[2] Həmin vaxta qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdır.[3]

Açılış mərasimi

[redaktə | mənbəni redaktə et]

Bakı-Sumqayıt qatarının fəaliyyəti ölkə başçısının diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2015-ci ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə və Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuş,[2] 12 sentyabr 2015-ci ildə isə Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edərək qatarın yola salınmasını bildirən rəmzi lenti kəsmiş və zəngi vurmuşdur.[3]

"EŞ2–019"
"EŞ2–020"

Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulmuşdur.[2]

Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün 2015-ci ildə İsveçrənin "Stadler Rail Group" şirkətinin "EŞ2" markalı sürətli elektrik qatarları istismara verilmişdir.[3] Həmin şirkətin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon var.[2] İki mərtəbədən ibarət olan bu qatarların hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır.[3] Qatarların 1 vaqonu biznes-sinfə aiddir ki, onun da 84 oturacağı var.[3] Digər üç vaqon isə standart vaqonlardır. Əlil sərnişinlərin də qatarlardan rahat istifadə edə bilməsi üçün şərait yaradılıb.[4]

Qatarlarda Wi-Fi vasitəsi ilə internetdən istifadə etmək üçün şərait yaradılıb.[4]

Hərəkət intervalı

[redaktə | mənbəni redaktə et]

Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçirilir.[3] Belə ki, sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr və dəyişikliklər edilə bilir.[3]

Dəmir yolu xəttində dayanacaqlar da nəzərə alınmaqla qatarların orta sürəti saatda 63 kilometrdir.[2]

Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, 2015-ci ildəki yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olmuşdur.[2] Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə qatarlar mənzil başına çatma müddəti yenidənqurmadan sonra 1 saat 29 dəqiqədən 52 dəqiqəyə enəcək.[2] Hazırda (mart 2020) bu müddət Bakı-Biləcəri-Sumqayıt xəttində 37 dəqiqə, Bakı-Sabunçu-Sumqayıt xəttində isə 50 dəqiqədir. [1]

Bakı-Sumqayıt qatarının hərəkət etdiyi yolun ümumi uzunluğu 84 kilometrdir.[3] Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci hissəyə daxil olan Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir.[2] Marşrut üzərində birinci hissədə Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir.[3] Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb.[3]

Hərəkət cədvəli

[redaktə | mənbəni redaktə et]

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli qatarın fəaliyyətə başladığı gündən bəri bir neçə dəfə dəyişdirilmişdir. Hazırda cədvəl belədir:

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli

Sərnişin stansiyaları

[redaktə | mənbəni redaktə et]
Bakı Dəmir Yolu Vağzalı

Dairəvi dəmir yolu üzərində ümumilikdə 23 stansiya və dayanacaq planlaşdırılmışdır.[2]

2015-ci ildə başlanmış yenidənqurma işləri ilə bağlı yolun birinci hissəsi olan Bakı-Biləcəri-Sumqayıt hissəsində 6 – Keşlə, Dərnəgül, Binəqədi, Biləcəri, Xırdalan, Güzdək,[3] yolun ikinci hissəsi olan Bakı-Sabunçu-Sumqayıt hissəsində isə 11 – Nərimanov, Keşlə, "Koroğlu", Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil, Novxanı dayanacaqlarının olması nəzərdə tutulmuşdur.[2]

Bakı sərnişin stansiyası

[redaktə | mənbəni redaktə et]
Bakı-Sumqayıt qatarı EŞ2–009 Bakı vağzalında

Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 2015-ci ildə 4 yeni platforma inşa olunub ki, onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir.[3] Həmin il stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib.[3]

Burada ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli "Vağzal" mehmanxanası və sərnişinlərin gözləmə zalı var.[3]

Sumqayıt sərnişin stansiyası

[redaktə | mənbəni redaktə et]
Bakı-Sumqayıt qatarı EŞ2 Sumqayıt vağzalında

Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası 2015-ci ildə yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisinə başlanılıb.[3] 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etmişdir.[5]

Bilet satışı

[redaktə | mənbəni redaktə et]

Qatara biletləri həm müvafiq sərnişin stansiyalarındakı avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.[3]

Yeni qatarın ilk sərnişin bileti 12 sentyabr 2015-ci ildə xatirə olaraq dövlət başçısına təqdim edilmişdir.[3] Həmçinin ilk üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə etmişlər.[4]

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 sentyabr 2015-ci ildə keçirilmiş iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciətinə baxılmış və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilmişdir.[6] Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20–70 qəpik arasında təsdiq edilmişdir.[6] Həmin tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minmişdir.[6] 3 mart 2017-ci ildən etibarən gediş haqqı tarifləri aşağıdakı cədvəldəki kimi artırılmışdır:[7]


Bakı-Biləcəri-Sumqayıt xətti üzrə gediş haqqı tarifləri [2]
İstiqamət Ekonom Biznes
Plastik kartla çap olunmuş

biletlə

Plastik kartla çap olunmuş

biletlə

Bakı-Biləcəri (Biləcəri-Bakı) 0,40 0,50 1,60 1,70
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0,60 0,70 1,80 1,90
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0,40 0,50 1,20 1,30
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0,80 0,90 1,80 1,90
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0,60 0,70 1,60 1,70

13 avqust 2018-ci il tarixindən etibarən bu qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq edilir.[8]

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt xətti üzrə gediş haqqı tarifləri [3]
İstiqamət Ekonom Biznes
Plastik kartla çap olunmuş

biletlə

Plastik kartla çap olunmuş

biletlə

Bakı-Keşlə (Keşlə-Bakı) 0,40 0,50 1,00 1,10
Bakı-Koroğlu (Koroğlu-Bakı) 0,40 0,50 1,00 1,10
Bakı-Bakıxanov (Bakıxanov-Bakı) 0,50 0,60 1,40 1,50
Bakı-Sabunçu (Sabunçu-Bakı) 0,50 0,60 1,50 1,60
Bakı-Zabrat-1 (Zabrat-1-Bakı) 0,60 0,70 1,60 1,70
Bakı-Zabrat-2 (Zabrat-2-Bakı) 0,60 0,70 1,60 1,70
Bakı-Məmmədli (Məmmədli-Bakı) 0,70 0,80 1,70 1,80
Bakı-Pirşağı (Pirşağı-Bakı) 0,80 0,90 1,80 1,90
Bakı-Görədil (Görədil-Bakı) 0,90 1,00 1,90 2,00
Bakı-Novxanı (Novxanı-Bakı) 1,00 1,10 2,00 2,10
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 1,00 1,10 2,00 2,10
  1. İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine. president.az, 10. yanvar 2016  (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 10 İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub Arxivləşdirilib 2018-03-13 at the Wayback Machine. president.az, 3. iyun 2015  (az.)
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine. president.az, 12. sentyabr 2015  (az.)
  4. 1 2 3 Bakı-Xırdalan-Sumqayıt qatarında qediş pulsuz olacaq (FOTO)[ölü keçid]. xeber.az, 12. sentyabr 2015  (az.)
  5. İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine. president.az, 16. noyabr 2018  (az.)
  6. 1 2 3 Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər müəyyənləşdirildi Arxivləşdirilib 2021-07-11 at the Wayback Machine. tariffcouncil.gov.az, 14. sentyabr 2015  (az.)
  7. Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine. ady.az, 2. mart 2017  (az.)
  8. Bakı-Sumqayıt qatarında mühüm yenilik: Fərqli sistemə keçildi Arxivləşdirilib 2021-07-11 at the Wayback Machine. sputnik.az, 13. avqust 2018  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]