Bakı şəhərətrafı dəmir yolu

Abşeron dairəvi dəmir yolu[2] (əvvəlki adı Bakı dairəvi xətti) və ya Bakı şəhərətrafı dəmir yoluBakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı sərnişin — Biləcəri — Sumqayıt və Bakı sərnişin — Sabunçu — Sumqayıt.

Dəmiryolu xətti
Abşeron dairəvi xətti
Ölkə  Azərbaycan
Şəhərlər
Uzunluğu 91[1]
Başlayır Bakı Bakı
Bitir dövrü
İstismara verilib 1880
İstismarçı
Şpalları beton
Sürət 80 km/saat
Vəziyyəti Tam işlək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda Bakı sərnişin — Biləcəri — Sumqayıt xətti üzrə Biləcəri, Xırdalan və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcək planda Keşlə, Dərnəgül, Binəqədi və Güzdək dayanacaqlarının da inşası nəzərdə tutulub.

Bakı sərnişin — Sabunçu — Sumqayıt xətti üzrə Nərimanov, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcəkdə Nərimanov dayanacağında da qatarların dayanması nəzərdə tutulub.

Bakı şəhərinin baş planına əsasən, gələcəkdə Zabrat 2 stansiyasından Maştağa Albalılıq Zağulba istiqamətində, Bakıxanov dayanacağından Suraxanı, Qala, Zirə, Hövsan istiqamətində xətlərin yenilənməsi, Yeni Suraxanı — Hava limanı istiqamətində xəttin çəkilməsi planlaşdırılıb. Bundan əlavə Bakının Baş planına əsasən 2027-ci ilədək 28 may və Biləcəri stansiyaları arasında 4 yeni dayanacağın (Dərnəgül, Binəqədi Cənub, N. Nərimanov) yaradılması, Lökbatandan 28 maya (Lökbatan, Heybat, Xocahəsən, Biləcəri, Binəqədi, Dərnəgül, Keşlə, N. Nərimanov, 28 may) şəhərətrafı qatarların hərəkəti, 2040-cı ilədək Bakı sərnişin — Keşlə — Dərnəgül — Binəqədi — Binəqədi Şərq — Binəqədi Şimal — Mehdiabad — Fatmayı xəttinin inşası planlaşdırılır.[3]

Bakı şəhərətrafı dəmir yolu xəritəsi

Bakı və Abşeron ərazisində ilk dəmir yolu xətti olan Bakı — Sabunçu — Suraxanı xətti 1880-ci ilin yanvar ayında istifadəyə verilmişdir. 1883-cü ildən Bakı — Tiflis — Batum, 1890-cı ildən isə Biləcəri — Dərbənd magistral xəttlərinin inşası ilə dəmiryolu xətti tədricən daha şaxəli formaya malik olur. 1926-cı ildə isə Bakı — Sabunçu istiqamətində (13 kilometr) Azərbaycanda ilk elektrikləşdirilmiş dəmiryolu istifadəyə verilmişdir. Sonrakı dövrlərdə iri sənayeləşmiş şəhər olan Bakının ətraf ərazilərini mərkəzlə birləşdirmək məqsədilə elektrikləşdirilmiş dəmiryolu xətti genişləndirilir. Artıq 1936–1939-cu illərdə Sabunçu — Maştağa — Buzovna xətti tikilib istifadəyə verilir. 1950-ci ildə isə Suraxanı — Qala — Buzovna xətti təhvil verilmişdir. 1958-ci ildə yeni sənaye müəssisələrini birləşdirən Bakı — Sumqayıt və Bakı — Qaradağ elektrik dəmir yolu xəttləri fəaliyyətə başlamışdır. 1959-cu ildə 30 kilometrlik Qala — Pirallahı elektrik dəmir yolu xətti işə salınmışdır.

1968–1970-ci illərdə Abşeronun şimal hissəsini əhatə edən Bilgəh — Pirşağı — Sumqayıt xətti istifadəyə verilir. Bu əsasən bu xətt üzərində yerləşən bağ sakinlərinin işini xeyli yaxşılaşdırır. 1972-ci ildə II Zabrat — Pirşağı yolunun işə düşməsi ilə Bakı şəhər ətrafı elektrikli dəmir yolu dövriyyəsi tam olaraq tamamlanır.

1984–1985-ci illərdə Abşeronda dəmir yolları şəbəkəsində irimiqyaslı yenidənqurma işləri həyata keçirilmişdi[4].

2015-ci ildən etibarən isə Bakı — Sumqayıt — Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə Bakı — Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlamışdır[5].

Bakı şəhərətrafı dəmir yolu xəttinin ən ucqar stansiyası olan Artyom adası stansiyası 13 may 1953-cü ildə istifadəyə verilmişdir. Lakin 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar, elektrik qatarlarının hərəkəti dayandırılmış və dəmir yol xətti sökülərək ləğv edilmişdir[6]. 2018-ci ildə Bakı şəhərətrafı dəmir yolu xəttinin yenilənməsi məqsədilə dövlət büdcəsindən 100 milyon manat vəsait ayrılmışdır[7].

Stansiya və dayanacaqlar

[redaktə | mənbəni redaktə et]
  1. "Baku circular railway completed". Railway Gazette. 19.03.2020. 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-19.  (ing.)
  2. "Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  3. "Bakının baş planı". Bakının baş planı - arxkom.gov.az (az.). 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2023.
  4. Bakıətrafı dəmir yolu xətti Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine. Anl.az, 14.04.2009 (az.)
  5. İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub Arxivləşdirilib 2018-03-13 at the Wayback Machine. President.az, 03.06.2015 (az.)
  6. "Youtube.com". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  7. Bakıətrafı dəmir yolu xəttinin inkişafına yüz milyon manat ayrıldı Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Modern.az, 07.03.2018 (az.)