Bakı-Tbilisi-Qars dəmiryolu

Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti[2] (abr. BTQ[2]) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi.[3] Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın TbilisiAxalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.[4] Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il[5], daha sonra 2013-cü il[6] sonra 2015-ci il[7] 2016,[8] və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.[9]

Dəmiryolu xətti
Bakı-Tbilisi-Qars dəmiryolu
Ölkələr
Şəhərlər
Uzunluğu 826 km
Başlayır Bakı
Bitir Qars
Tikilmə tarixi 2007-ci il
İstismara verilib 2017-ci il
İstismarçı
Təkər oxu 1435 (Türkiyə), 1520 (Azərbaycan, Gürcüstan)
Şpalları beton
Sürət 120 km/saat
Yükdaşıma 6 500 000 t/il
Sərnişindaşıma 1 500 000 nəf./il
Stansiyaları 10
Vəziyyəti Tamamlanıb [1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.[10][11]

Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.[12]

Əvvəlki xətt

[redaktə | mənbəni redaktə et]

Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.[13]

1899-cu ildə Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər olan qolun (Qars-Gümrü-Tbilisi dəmiryolu) tikintisi başa çatdırılıb.[13] Ermənistan və Türkiyə arasındakı münasibətlərin pis olması səbəbindən bu dəmiryolu bağlı qalıb. 1986-cı ildə Marabdadan Axalkalakiyə qədər qərb istiqamətində 160 km uzunluğunda dəmiryolu tikintisi başa çatdırılıb.[14] Lakin sonrakı illərdə bu dəmiryolu istifadəsiz qalıb.

Poçt markaları (2012).

1993-cü ildə Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana olan dəstəyi çərçivəsində Ermənistan ilə sərhədini bağlayıb, bununla da Qars-Gümrü-Tbilisi dəmiryolu da bağlanıb. Bağlanan bu yola alternativ olaraq Azərbaycan ilə Türkiyə arasında Gürcüstan üzərindən dərmiyolu xəttinin çəkilişi ilk dəfə olaraq 1993-cü ilin iyulunda müzakirə olunub.[15]

Tikintiyə aid razılaşma üç ölkə arasında 2005-ci ilin yanvar ayında imzalanıb.[16] Həmin zaman maliyyə çatışmazlığı ucbatından bu layihə unudulub.[17] Lakin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 2005-ci il may ayında baş tutuan açılışı zamanı hər üç ölkənin prezidenti bu ölkələr arasında dəmiryolu xəttinin tikintisində maraqlı olduqlarını bildiriblər.[18]

2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞAvropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.

Tikinti işləri

[redaktə | mənbəni redaktə et]

Dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirəcək. Ümumi dəyəri 80 milyon dollar olan layihənin 2009-cu ilin oktyabrın 1-nə qədər yekunlaşdırılması nəzərdə tutulur.

Baki-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə ərazisindəki 76 kilometrlik hissəsinin tikintisinə dair keçirilən tenderin qalibi Türkiyənin "Özgün Yapı Çeliklər" şirkəti olub. Tenderdə on dörd yerli, o cümlədən xarici şirkətlərdə də iştirak edib. Bu şirkətin təklifi 250 milyon dollar təşkil edib.

Türkiyə hökuməti Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb.

Azərbaycan ərazisinə düşən hissəsində lokomotiv bazası möhkəmləndiriləcək, infrstruktur yaradılacaq və s. işlər görüləcək. Türkiyə ərazisinə 68 km və Gürcüstan ərazisinə 30 km dəmir yolu çəkiləcək. Tikinti işləri 2007-cı ilin noyabr ayında planaşdırılır və 2010-cu ildə bitməsi planlaşdırılırdı. Lakin 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi.

76 kilometri Türkiyə və 29 kilometri Gürcüstanda olmaqla Qars və Axalkalaki arasında 105 km uzunluğunda yeni dəmiryolu xətti çəkilmişdir. Axalkalakidən Marabdaya və Tbilisidən Bakıya qədər olan mövcud dəmiryolu xətti modernizasiya edilmişdir. Yolun ümumi uzunluğu 826 km-dir və burada ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşınması mümkün olacaq. Daha sonra bu göstəricilər ildə 3 milyon sərnişin və 15 milyon ton yükə qədər artırılacaq.

  1. "Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşəcək Read more: https://sputnik.az/economy/20171030/412539559/baki-tbilisi-qars-demir-yolu-xetti-bu-gunden-ise-dusur.html" (az.). sputnik.az. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  2. 1 2 Şərifli, Yunis. "Azərbaycan və "Kəmər və Yol" Təşəbbüsü: regional nəqliyyat mərkəzi olma yolunda". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 13 iyun 2020. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.
  3. "İlk Bakı-Tbilisi-Qars dəmiryolu rəsmən açılıb" (az.). bbc.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  4. "Так будет выглядеть железная дорога Баку-Тбилиси-Карс – ВИДЕО" (rus). news.day.az. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  5. "Kars - Tbilisi agreement". Railway Gazette International. February 2007. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
  6. "Azerbaijani Vice Prime Minister Abid Sharifov". 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
  7. Railway to link Kars, Tbilisi, Baku in 2015, BAKU — Anadolu Agency, http://www.hurriyetdailynews.com/railway--to-link-kars-tbilisi-baku-in-2015.aspx?pageID=238&nID=62885&NewsCatID=345 Arxivləşdirilib 2017-10-29 at the Wayback Machine
  8. Georgia Today, "Passenger Trains for Baku-Tbilisi-Kars Railway to Launch 2016", http://georgiatoday.ge/news/1380/Passenger-Trains-for-Baku-Tbilisi-Kars-Railway-to-Launch-2016- Arxivləşdirilib 2018-02-19 at the Wayback Machine
  9. Eurasia Daily Monitor, "Completion of Baku–Tbilisi–Kars Railway Project Postponed Again", https://jamestown.org/program/completion-of-baku-tbilisi-kars-railway-project-postponed-again/ Arxivləşdirilib 2017-12-16 at the Wayback Machine
  10. Jamestown.org, "Will the Baku–Tbilisi–Kars Railway Become Uzbekistan’s New Connection to Europe?", 16 October 2017, https://jamestown.org/program/will-baku-tbilisi-kars-railway-become-uzbekistans-new-connection-europe/ Arxivləşdirilib 2018-01-01 at the Wayback Machine
  11. "Baku-Tbilisi-Kars Railway Line Officially Launched". Radio Free Europe/Radio Liberty. 30 October 2017. 1 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2017.
  12. "Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
  13. 1 2 А.Э. Котов (A.E. Kotov), "Из истории Южно-Кавказской железной дороги" Arxivləşdirilib 2009-09-06 at the Wayback Machine ("From the history of the South Caucasus Railway"), 17.07 2009  (rus.)
  14. History of the Georgian Railways Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine (in English), or History of the Georgian Railways Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine  (rus.)
  15. "Fears of Turkey's 'invisible' Armenians". BBC News. June 22, 2006. January 25, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2018.
  16. "Pointers". Railway Gazette International. March 2007. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-02.
  17. "Hakobyan, Grigor, "Armenia Responds to Kars-Akhalkalaki Railroad Proposal", in: Central Asia Caucasus Analyst, 09.07.2005". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  18. "Ziyadov, Taleh, "Officials Meet to Discuss South Caucasus Rail System", in: Eurasia Daily Monitor, vol. 2:232, December 14, 2005, The Jamestown Foundation". November 14, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]