Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (rus. Бакинский международный центр межрелигиозного и межцивилизационного сотрудничества, ing. Baku International Centre for Interfaith and Inter-Civilizational Cooperation) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.
Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi | |
---|---|
(BDSƏM - BCIC) | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2017 |
Baş qərargah | Bakı, Azərbaycan |
Ünvan | Yasamal rayonu, Mirzə Fətəli küçəsi, 7. |
Rəhbərlik | |
Baş katib | Şeyxülislam Allahşükür Paşazadə |
|
|
Rəsmi saytı | bcicbaku.org/new/az/ |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir.[1] Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.[2] 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir.[3] Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM (ing. BCIC) təsis olunmuşdur. Aşağıda sadalanan müddəalar yeni yaradılan mərkəzin məqsədləri kimi müəyyən edilmişdir::
Mərkəzin idarəetmə orqanları:
Himayədarlar Şurası BDSƏM-ni idarə etmək üçün dünyanın müxtəlif ölkələrində yerləşən müxtəlif dini mərkəzlərin və qurumların rəhbər şəxslərindən təşkil edilmişdir. Şura, bir qayda olaraq, təşkilatın əsas idarəedici orqanıdır.
Şeyxülislam Allahşükür Paşazadə — Baş Katib, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Azərbaycan
BDSƏM-nin Məşvərət Şurasının tərkibinə beynəlxalq miqyasda dinlərarası və sivilizasiyalararası dialoq prosesində fəal iştirak edən dini liderlər, nüfuzlu ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatlarının rəhbərləri daxildir. Məşvərət Şurası Himayədarlar Şurasının fəaliyyətinə təşkilat və məlumat dəstəyi verir və BDSƏM-nin əsas məşvərət orqanıdır.
Katiblik BDSƏM-nin Himayədarlar Şurasının qərarlarını həyata keçirən əsas icraedici orqanıdır. Katibliyə Baş Katib rəhbərlik edir. BDSƏM-in Baş Katibi Azərbaycan və Bütün Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadədir.
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi