Bakı Beynəlxalq Humanitar Forumu — bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən keçirilən tədbirdir. Forum Azərbaycan Respublikasında keçirilir.
Bakı Beynəlxalq Humanitar Forumu | |
---|---|
Növü | Beynəlxalq |
Yaranma tarixi | yanvar 2010 ) |
Rəsmi dili | azərbaycan, rus, ingilis |
Mərkəzi | Bakı, Azərbaycan |
Qurucusu | |
bakuforum.az |
2010-cu ilin yanvarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Dmitri Medvedev təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi — humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir, dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər üzrə Nobel mükafatçılarının və beynəlxalq qurumların rəhbərləri, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Forum təşkilatçıları sırasına həmçinin dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri daxildir.
2011-ci ilin 10–11 oktyabr tarixlərində keçirilən "XXI Əsr: ümid və çağırışları" adlı forum çərçivəsində dünyanın 20 dən çox ölkəsindən qonaqlar iştirak ediblər.[1]
Yeddi sahə üzrə dəyirmi masalar təşkil edilmişdir:
İkinci Bakı Beynəlxalq Humanitar Forumu 2012-ci il oktyabrın 4–5 keçirildi.[2] Forumda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdir. Onlardan 2 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 63-ü görkəmli ictimai və siyasi xadim idi.
Forumda aşağıdakı istiqamətlər üzrə dəyirmi masalar təşkil olunmuşdur:
2013-cü il oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak etmişdir. Onlardan 7 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 7-i dünyanın nüfuzlu fəxri professoru, 107-i görkəmli ictimai və siyasi xadim idi.[4][5]
Forumda aşağıdakı istiqamətlər üzrə sessiyalar təşkil olunmuşdur:
2014-cü ilin 2–3 oktyabr tarixlərində keçirilən Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nəfər iştirak etmişdir. Onlardan 4 nəfəri sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimai və siyasi xadim idi.[6]
2016-cı il sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Forumun işində dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox nümayəndə (o cümlədən 15 Nobel mükafatı laureatı) iştirak edirdi.
Beşinci Bakı Beynəlxalq Humanitar Forumda aşağıda qeyd olunan mövzular müzakirə olunurdu:
Altıncı Bakı Beynəlxalq Humanitar Forumu 2018-ci il oktyabrın 25–26 keçirildi. Forum "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilib. Beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər.[8]
Forumda aşağıdakı istiqamətlər üzrə sessiyalar təşkil olunmuşdur: