Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) — Qara dəniz regionunda əməkdaşlığın, sülhün, sabitliyin və rifahın gücləndirilməsinə yönəlmiş çoxtərəfli siyasi və iqtisadi təşəbbüslərə diqqət yetirən regional beynəlxalq təşkilat. 4 iyun 1992-ci ildə təsis edilmişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
BSEC
ing. Organization of the Black Sea Economic Cooperation
Loqonun şəkli
Yaranma tarixi 4 iyun 1992
Rəsmi dili İngilis
Mərkəzi Türkiyə İstanbul, Türkiyə
Sədr Moldova Viktor Tvircun
Üzvləri
bsec
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsis edilməsi

[redaktə | mənbəni redaktə et]

25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir.

5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu almışdır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:

  • Ticarət və iqtisadi inkişaf
  • Bank işi və maliyyə
  • Kommunikasiya
  • Enerji
  • Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye
  • Səhiyyə və farmaseptika
  • Ətraf mühitin qorunması
  • Turizm
  • Elm və Texnika
  • Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq
  • Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə.

QDİƏT-in yaradılması, Avropa vahid bazarının yaradılması vaxtı ilə üst-üstə düşmüşdü. Buna görə də, iki sistemin ölkələri arasında qarşılıqlı ticarətin həcmi az olmuşdur.

Üzvləri və sturukturu

[redaktə | mənbəni redaktə et]
  QDİƏT-in üzv dövlətləri
  QDİƏT-in müşahidəçi dövlətləri

Üzvlər ölkələr 12 dövlətdən ibarətdir.[1] Bunlar:

Təşkilatda müşahidəçilər: Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Polşa Respublikası, Tunis Respublikası, İtaliya Respublikası, Avstriya Respublikası, Slovak Respublikası, Fransa Respublikasıdır. Müşahidəçilik müddəti 2 ildir.

Üzv ölkələrin koordinasiyası, QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçrilir. Katiblik İstanbul şəhərində yerləşir, vəzifəsi QDİƏT-in işinin təşkilati cəhətdən təmin edilməsidir. Hazırda Baş Katib vəzifəsi 3 illik müddət üçün (yenidən seçilmək hüququ ilə) nəzərdə tutulut.

Təşkilatın Ali Orqanı — Xarici İşlər Nazirləri Şurasıdır. Şura, təşkilatın əsas qərar qəbul edən orqanıdır. Şuranın iclasları 6 ayda bir dəfədən az olmayaraq, əməkdaşlığın nəticələrinin təhlili və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçrilir. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-in İclasını keçirir. Şuranın səlahiyyətlərinə:

  • Reqlamentlərin təsdiq edilməsi və dəyişdirilməsi
  • Təşkilati surukturun yaradılması
  • QDİƏT çərçivəsində köməkçi orqanların yaradılması, onlara səlahiyyətlərin verilməsi, onların mandatının dəyişdirilməsi və ya ləğvi
  • Müşahidəçilərin üzvlüyü və statusua münasibətdə qərarların qəbul edilməsi.

QDİƏT-in Parlament Assambleyası üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur. Parlament Assambleyası 1993-cü ildə təşkilatın əhatə etdiyi regionda siyasi stabilliyin möhkəmləndirilməsi məqsədilə yaradılmışdır. Assambleya 70 üzvdən ibarətdir. Hər ölkədən gələn nümayəndə heyətinin sayı, ölkənin əhalisinin sayına proporsionaldır.

QDİƏT çərçivəsində vacib orqanlardan biri də, QDİƏT üzv ölkələrinin Xarici İşlər Nazirliklərini təmsil edən Yüksək Vəzifəli Şəxslər Komitəsidir. Komitənin vəzifələrinə Köməkçi orqanların fəaliyyətlərini nəzərdən keçirmək, Şuranın qərarlarının və tövsiyələrinin həyata keçirilməsini dəyərləndirmək daxildir. Komitə, QDİƏT-in illik büdcəsini Şuranın təstiqinə təqdim edir.

QDİƏT-in fəaliyyəti əsasən aşağıdakı İşçi Qruplar vasitəsi ilə həyata keçrilir:

  • Təşkilatı məsələlər üzrə İşçi Qrupu
  • Ticarət və iqtisadi İnkişaf üzrə İşçi Qrupu
  • Bank və Maliyyə məsələləri üzrə İşçi Qrupu
  • Nəqliyyat üzrə İşçi Qrupu
  • Fövqəladə hallar üzrə İşçi Qrupu
  • Elm və Texnologiya məsələləri üzrə İşçi Qrupu
  • Turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupu
  • Səhiyyə və Əczaçılıq üzrə İşçi Qrupu
  • Cinayətkarlığa qarşı mübarizədə Əməkdaşlıq üzrə İşçi Qrupu və s.

QDİƏT İşgüzar Şurası (BSEC Business Council)

[redaktə | mənbəni redaktə et]

Təşkilatın bu orqanı, sahibkarlıq məsələləri ilə məşğul olur. İşgüzar Şura 1992-ci ildə təsis edilmişdir və beynəlxalq qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Tərkibi QDİƏT üzvlərinin işgüzar dairələrinin nümayəndələrindən ibarətdir. İşgüzar Şuranın əsas məqsədləri: Qara dəniz regionunun işgüzar adamları ilə əlaqələrin qurulması, QDİƏT orqanlarında regionun sahibkarlarının maraqlarının təmsil olunması, özəl biznesin inkişafına yardım edən qanunvericilik təşəbbüslərinin işlənib hazırlanması, məlumaq və məşvərətçi dəstəyin təmin edilməsi, konfrans və seminarların təşkil olunması və tərəfdaşların axtarışında yardım.

Şura öz işini aşağıdakı istiqamətlərdə qurur:

  • Konkret layihələrin işlənib hazırlanması və həyata keçrilməsi
  • Birbaşa əlaqələrin və informasiya mübadiləsinin təmin edilməsi
  • QDİƏT sturukturlarında, işgüzar dairələrin maraqlarının təmsil olunması
  • Konfrans, seminar və sərgilərin təşkil edilməsi
  • Regionda maraqğı olan işgüzar insanların cəlb edilməsi.

İşgüzar Şuranın ali orqanı, direktorlar Şurasıdır. Şura, Qara Dəniz Ticarət və İnkişaf Bakı ilə birgə yerli və beynəlxalq investorlara praktiki yardım edir. 1998-ci ildə Yaltada qəbul edilmiş sənəddən sonra, İşgüzar Şura QDİƏT-in ayrılmaz tərkibinə çevrildi və məhz bu ildən başlayaraq İşgüzar Şura QDİƏT-in digər qurumlarının işinə müşahidə etmək hüququ əldə etmişdir.

Təşkilatın Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

QDİƏT ölkələri, milli enerji sistemlərinin vahid Qara dəniz dairəsində birləşdirilməsi, regional nəqliyyat dəhlizlərinin vahid dünya nəqliyyat sisteminə inteqrasiyası və inkişafı və s. məsələlər üzrə birgə layihələr üzərində çalışırlar. QDİƏT və Avropa İttifaqı arasında əlaqələr genişlənir. Təşkilatın özəlliyi ondan ibarətdir ki, bu təşkilat yaranarkən onun əsas məqsədi ticarət yox, istehsal əməkdaşlığı olmuşdur. Buna görə də təşkilat fəaliyyəti dövründə bir çox uğur qazanmışdır. Buna baxmayaraq, problemlər hələ də mövcuddur. QDİƏT-in üzv ölkələri arasında, regional bazarın inkişafını şərtləndirlən dayanıqlı əmək bölgüsü formalaşmayıb. Rusiyanın QDİƏT regionunda əmtəə dövriyyəsində payı son illər üçün praktik olaraq stabil qalır və ümumi payın 15% təşkil edir (2/3 Ukraynanın payına düşür). Ukrayna üçün bu göstərici 11-12%-dir (88% Rusiyanın payına düşür). Türkiyə – 7%, Yunanıstan – 3% idxalda və 9% ixracda. Bolqarıstan - 32%, Moldova isə 80% təşkil edir. QDİƏT ölkələrinin xarici əlaqələrinin inkişaf etdirilməsi zəruridir. Belə ki, bəzi hesablamalara görə, Azərbaycan öz gücü ilə yalnız 31% istehsal edə bilər.

  • Улахович В. Международные организации, 2005, стр.396
  1. "BSEC - Black Sea Economic Cooperation". www.bsec-organization.org. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

QDİƏT rəsmi saytı (ing. dilində)