Bakı Enerji Həftəsi və ya Baku Energy Week — öz brendi altında 3 böyük tədbiri (27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu) birləşdirən bir tədbirdi. 2022-ci ildə Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etmişdir[1][2][3][4]. 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına məktub ünvanlamışdır[5].
Bakı Enerji Həftəsi | |
---|---|
azərb. Bakı Enerji Həftəsi | |
Status | aktiv |
Janr | tədbir |
Tezliyi | hər ilin yazında |
Məkan | Bakı Ekspo Mərkəzi |
Yer | Bakı |
Ölkə | Azərbaycan |
Yaradılıb | 1994-cü il |
Növbəti | 31 may - 2 iyun, 2023-cü il |
Təşkilatçı | Iteca Caspian LLC |
bew.az |
“Caspian Power” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim edilir və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirilir. Sərgi ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq imkanı yaradır. 2022-ci ildən sərginin adı Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi olaraq dəyişilib. 2022-ci ildən başlayaraq “Caspian Power” sərgisi “Caspian Oil&Gas” sərgisi ilə birgə Bakı Enerji Həftəsi çərçivəsində keçirilir[6].
Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Sərgi artıq 25 ildən çoxdur ki keçirilir. “Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb[7]. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndəriblər[8].
Bakı Enerji Forumu və ya Baku Energy Forum ənənəvi “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) konfransının missiyasını daha geniş spektrdə davam etdirir. Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur. 2022-ci ildə forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak etdi və forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxil oldu[9].