Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi-Bakı Slavyan Universitetinin fakültələrindən biri.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi
Bakı Slavyan Universiteti
Yaradılma tarixi 2 oktyabr 2004
Dekan Şirinbəy Əliyev
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Digər məlumatlar
Sayt bsu-uni.edu.az/az/facult…

Tarixi[redaktə | mənbəni redaktə et]

«Beynəlxalq münasibətlər» və «Regionşünaslıq» ixtisasları üzrə tədrisin səmərəli təşkili, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, bu sahələrə aid elmi, elmi-metodik tədqiqatların sistemləşdirilməsi məqsədilə 12 oktyabr 2004-cü ildə Regionşünaslıq və tərcümə fakültəsinin bazasında «Beynəlxalq münasibətlər və regionşünaslıq» fakültəsi təsis edilmişdir. Universitet üzrə 1999-cu ildən «Regionşünaslıq», 2001-ci ildən isə «Beynəlxalq münasibətlər» ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanmış, 2003-cü ildə «Regionşünaslıq» (rusiyaşünaslıq, yunanşünaslıq), 2005-ci ildə isə «Beynəlxalq münasibətlər» ixtisaslarına yiyələnmiş bakalavrların ilk buraxılışı olmuşdur.

Kafedralar[redaktə | mənbəni redaktə et]

Hazırda fakültənin nəzdində 4 kafedra fəalliyyət göstərir:

  1. Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrası;
  2. Diplomatiya və xarici siyasət kafedrası;
  3. Xarici dillər kafedrası;
  4. Slavyan filologiyası kafedrası;

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  • Beynəlxalq münasibətlər;
  • Regionşünaslıq (azərbaycanşünaslıq, türkiyəşünaslıq,almanşünaslıq, rusiyaşünaslıq, ukraynaşünaslıq, polşaşünaslıq, bolqarşünaslıq, çexiyaşünaslıq, yunanşünaslıq);

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]