Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsi — Bakı Slavyan Universitetinin fakültələrindən biri.
Pedaqoji fakültə | |
---|---|
Bakı Slavyan Universiteti | |
Yaradılma tarixi | 2000 |
Dekan | Dilarə Hacıyeva |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, S.Rüstəm küç., 33 |
Universitet şəhərciyi | Əsas korpus |
Digər məlumatlar | |
Sayt | bsu-uni.edu.az/az/facult… |
1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Nazirlər Sovetinin 15 may tarixli qərarı əsasında ikillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində İnstituta 108 tələbə qəbul olunmuş, ştat cədvəli üzrə İnstitutda 28 əməkdaş işləmişdir.
1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün «Rus dili və ədəbiyyatı müəllimi» ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı olmuşdur.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun əsas ixtisası sayılan bu ixtisas hal-hazırda Pedaqoji fakültənin aparıcı ixtisası hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanına əsasən M.F.Axundov adına APRDƏİ-nin profili genişləndirilərək Bakı Slavyan Universitetinə çevrildi.
Pedaqoji fakültədə respublikanın orta ümumtəhsil məktəbləri üçün «Rus dili və ədəbiyyatı müəllimliyi» ixtisasından əlavə daha üç ixtisas üzrə bakalavrlar hazırlanır. Həmin ixtisaslar aşağıdakılardır:
Pedaqoji fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir:
Kafedraların nəzdində ixtisaslara uyğun aşağıdakı mərkəzlər, dərnəklər və klublar fəaliyyət göstərir:
Rusiya tədrismədəniyyət mərkəzi, Moskva auditoriyası, Sankt-Peterburq tədris-mədəniyyət mərkəzləri keyfiyyətli tədrisin həyata keçirilməsində əvəzsiz rola malikdir.
Pedaqoji fakültəyə ayrı-ayrı dövrlərdə aşağıdakı alimlər rəhbərlik etmişlər: Prof.Svariçevski A.A., dos. Şaxtaxtinski A., prof. Əliyev Ə.Ə., dos. Rəsulov. R.M., prof.Qocayev. M.Q., prof. Həsənov A.Ə., dos. Məmmədov V., prof. Mirzəyev R.S., prof. Piriyev.E.R., prof. Nəbiyev. N.H.