Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi-Bakı Slavyan Universitetinin fakültələrindən biri.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi | |
---|---|
Bakı Slavyan Universiteti | |
Yaradılma tarixi | 2 oktyabr 2004 |
Dekan | Şirinbəy Əliyev |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | bsu-uni.edu.az/az/facult… |
«Beynəlxalq münasibətlər» və «Regionşünaslıq» ixtisasları üzrə tədrisin səmərəli təşkili, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, bu sahələrə aid elmi, elmi-metodik tədqiqatların sistemləşdirilməsi məqsədilə 12 oktyabr 2004-cü ildə Regionşünaslıq və tərcümə fakültəsinin bazasında «Beynəlxalq münasibətlər və regionşünaslıq» fakültəsi təsis edilmişdir. Universitet üzrə 1999-cu ildən «Regionşünaslıq», 2001-ci ildən isə «Beynəlxalq münasibətlər» ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanmış, 2003-cü ildə «Regionşünaslıq» (rusiyaşünaslıq, yunanşünaslıq), 2005-ci ildə isə «Beynəlxalq münasibətlər» ixtisaslarına yiyələnmiş bakalavrların ilk buraxılışı olmuşdur.
Hazırda fakültənin nəzdində 4 kafedra fəalliyyət göstərir:
Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: