Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsi

Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsiBakı Slavyan Universitetinin fakültələrindən biri.

Pedaqoji fakültə
Bakı Slavyan Universiteti
Yaradılma tarixi 2000
Dekan Dilarə Hacıyeva
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Ünvan Bakı şəhəri, S.Rüstəm küç., 33
Universitet şəhərciyi Əsas korpus
Digər məlumatlar
Sayt bsu-uni.edu.az/az/facult…

Tarixi[redaktə | mənbəni redaktə et]

1946­-cı ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Nazirlər Sovetinin 15 may tarixli qərarı əsasında ikillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində İnstituta 108 tələbə qəbul olunmuş, ştat cədvəli üzrə İnstitutda 28 əməkdaş işləmişdir.

1948­-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün «Rus dili və ədəbiyyatı müəllimi» ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı olmuşdur.

M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun əsas ixtisası sayılan bu ixtisas hal­-hazırda Pedaqoji fakültənin aparıcı ixtisası hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000­-ci il tarixli fərmanına əsasən M.F.Axundov adına APRDƏİ­-nin profili genişləndirilərək Bakı Slavyan Universitetinə çevrildi.

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Pedaqoji fakültədə respublikanın orta ümumtəhsil məktəbləri üçün «Rus dili və ədəbiyyatı müəllimliyi» ixtisasından əlavə daha üç ixtisas üzrə bakalavrlar hazırlanır. Həmin ixtisaslar aşağıdakılardır:

  1. İbtidai sinif müəllimliyi
  2. Təhsildə sosial­-psixoloji xidmət
  3. Məktəbəqədər təlim­-tərbiyə

Kafedralar[redaktə | mənbəni redaktə et]

Pedaqoji fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir:

  1. Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası
  2. Professor S.Şəfiyev adına Pedaqogika və psixolgiya kafedrası
  3. İbtidai təhsil kafedrası
  4. Riyaziyyat və informatika kafedrası

Digər[redaktə | mənbəni redaktə et]

Kafedraların nəzdində ixtisaslara uyğun aşağıdakı mərkəzlər, dərnəklər və klublar fəaliyyət göstərir:

  • Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası nəzdində:
  1. «Gəlin rusca danışaq»
  2. «Rus poeziyasını sevənlər»;
  • Pedaqogika və psixologiya kafedrası nəzdində:
  1. «Tələbə-­psixoloqlar qrupu»
  2. «Sosial-­psixoloji xidmət»;
  • İbtidai təhsil kafedrası nəzdində:
  1. «Təbiət elmləri»
  2. «Bədii qiraətçilər»
  3. «Pedaqoji dərnək»;
  • Riyaziyyat və informatika kafedrası nəzdində:
  1. «Fraktal» dərnəyi.

Rusiya tədris­mədəniyyət mərkəzi, Moskva auditoriyası, Sankt-­Peterburq tədris-mədəniyyət mərkəzləri keyfiyyətli tədrisin həyata keçirilməsində əvəzsiz rola malikdir.

Rəhbərlər[redaktə | mənbəni redaktə et]

Pedaqoji fakültəyə ayrı­-ayrı dövrlərdə aşağıdakı alimlər rəhbərlik etmişlər: Prof.Svariçevski A.A., dos. Şaxtaxtinski A., prof. Əliyev Ə.Ə., dos. Rəsulov. R.M., prof.Qocayev. M.Q., prof. Həsənov A.Ə., dos. Məmmədov V., prof. Mirzəyev R.S., prof. Piriyev.E.R., prof. Nəbiyev. N.H.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]