"Bakılılar" — tammetrajlı bədii filmi rejissor Viktor Turin tərəfindən 1938-ci ildə ekranlaşdırılmışdır. Azərfilmdə istehsal edilmişdir. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O. Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V. Baqratuni ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[1].
Bakılılar | |
---|---|
Janr |
dram tarixi |
Rejissor | Viktor Turin |
Ssenari müəllifləri |
Vsevolod Pavlovski Viktor Turin |
Baş rollarda |
Rza Əfqanlı Nikolay Şulgin O. Kutıryeva Boris Baykov Vaso Qodziaşvili V. Baqratuni |
Operatorlar |
Leonid Kosmatov Dmitri Feldman |
Bəstəkar | Nikolay Kryukov |
Rəssam | Viktor Aden |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 4 iyun 1938 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 97 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1938 |
Rəng | ağ-qara |
IMDb | ID0254165 |
Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin (Rza Əfqanlı) taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur.[2]
Bu filmdə müəlliflərin əsas məqsədi müxtəlif xalqların beynəlmiləl həmrəyliyini təbliğ etməkdən ibarət olmuşdur.[2]
Azərbaycan filmlərinin siyahısı
1938-ci ilin Azərbaycan filmləri
1930-cu illər Azərbaycan filmlərinin siyahısı