Bakbo körfəzi

Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadasıHaynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir.

Bakbo körfəzi
Yerləşməsi
19°45′ şm. e. 107°45′ ş. u.HGYO
Ölkə
Bakbo körfəzi xəritədə
Bakbo körfəzi
Bakbo körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur.

4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur.[1]

  1. Fletcher, Martin. "LBJ tape 'confirms Vietnam war error'". The Times. 1 December 2001. 1 December 2001 tarixində orijinalından arxivləşdirilib.