Bakden qalası

Bakden qalasıİngiltərə, Kembricşir ərazisi, Bakden kəndində yerləşən qala XII əsrdə inşa edilmişdir.[2]

Bakden qalası
ing. Buckden Towers
Xəritə
52°17′40″ şm. e. 0°15′09″ q. u.HGYO
Ölkə
Şəhər Kembricşir
Tikilmə tarixi 1175
Vəziyyəti Tikilinin böyük hissəsi qorunub saxlanmışdır.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalanın inşa edilmə tarixi bir çox mənbələrdə XV əsr kimi göstərilsə də, əslində isə ilk taxta qala Linkoln şəhərinin yepiskopları üçün iqamətgah olaraq 1175-ci ildə inşa edilmişdir. Sonralar isə 1475-ci ildə həmin taxta qurğu kərpic bünövrə ilə yenidən qurularaq mot və beyli tipli divarlarla, həmçinin xəndəklə qorunaraq hündür kərpic qəsr tikildi. 1832-ci ildə tikilinin bir hissəsi kilsə komissarlarının əmri ilə söküldü.

Roma katolik yepiskopluğunun Northemptona köçürülməsindən sonra 1956-cı ildə Klaretin missionerləri qalanın ərazisini klaretin olmağa həvəsli uşaqlara ibtidai təhsil vermək üçün kiçik seminariya olaraq istifadə etdilər. Kiçik seminariya 1965-ci ilin iyul ayında bağlanmış və həmin vaxtdan Bakden qala kompleksi klaretinlərin konfrans mərkəzi olaraq fəaliyyət göstərmişdir. Ərazidə eləcə də orta əsrlərdəki qalanın yerində seminariyanın gəncləri üçün kiçik kilsə olaraq tikilmiş Linkoln şəhərindən Müqəddəs Hyu kiçik katolik kilsəsi yerləşir. Qalaya giriş günün istənilən saatı sərbəstdir, lakin bura itlrəin daxil olmağı qadağandır.

1551-ci il 16 iyul tarixində Saffolk hersoqu Henri və onun qardaşı lord Çarlz burada ingilis təri xəstəliyində dünyasını dəyişmişlər.[3] Onlar əslində Bakdenə, Kembridşirə bu epidemiyaya yoluxmamaq üçün gəlmişdir.[4].

1630-cu illərdə burada yaşayan yepiskop Uilyam Bakdendə ürəkaçan şərait yaratmış və səxavətli qonaqpərvərliyi ilə tanınırdı.[5]

1839-cu ildə əntiqəçi Edvard Con Rac Bakden qalası haqda kiçik oçerk olan tarixi əsər dərc etdirdi.[6]

Məşhur qonaqlar

[redaktə | mənbəni redaktə et]
  • III Henrix 1248-ci ildə
  • I Eduard 1291-ci ildə
  • III Riçard 1483-cü ildə
  • Araqonlu Ketrin
  • Bofort, Marqarit (VII Henrixin anası) 1501-ci il
  • VIII Henrix və Yekatirina Qovard 1541-ci ildə. Onlar Yekaterina kraliça olmadan əvvəl yayda bütün İngiltərə boyu gəzintiləri zamanı 1541-ci ildə Bakden qalasında qalmışdılar. Məhz həmin bu gəzinti zamanı Yekaterina xəyanətdə ittiham olunaraq həbs edilmiş və 1542-ci ildə edam edilmişdir.[7]
  • I Yakov Georq 1619-cu il
  • IV Georq 1814-cü ildə
  1. 1 2 Buckden Palace // National Heritage List for England.
  2. "The comprehensive gazetteer and bibliography of the medieval castles" (ingilis). Gatehouse website. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
  3. "History of Buckden Village — The Shortest Peerage" (ingilis). buckden-village.co.uk. 2012-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.
  4. Evelyn Read. My Lady Suffolk: A Portrait of Catherine Willoughby, Duchess of Suffolk. — New York: Alfred A. Knopf, 1963. — pp. 82-84
  5. Anthony Milton, «Laud, William (1573—1645)»,  (ing.), Издательство Оксфордского университета, 2004. (Accessed 5 October 2006 Arxivləşdirilib 3 mart 2016 at the Wayback Machine.)
  6. Bernard Barham Woodward. Rudge, Edward. Dictionary of National Biography. L.: Elder Smith & Co. səh. 49.
  7. "The Palace of Buckden, fortified manor house and jail of a queen" (ingilis). Buckden Palace Page on Cambridge Military History Website. 2016-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]