Bakir Vəliyev

Vəliyev Bakir Yusif oğlu 1963-cü il fevral ayının 26-da Laçın rayonunun Korcabulaq kəndində anadan olmuşdur. Sonradan Şuşa şəhərində yaşamışdır. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1988-ci ildə ibtidai hərbi təlim və fiziki tərbiyə ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə bitirmişdir. 1994-cü ilədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şuşa filialında Hərbi Kafedranın rəisi kimi fəaliyyət göstərmişdir. (Qeyd: Azərbaycan Dövlət İnstitutunun Şuşa filialı Ermənistanın təcavüzü səbəbiylə sonradan Ağcabədi rayonunun ərazisinə köçürülmüşdür). Vəliyev Bakir 1994-cü ildən Zaqatala rayonunda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsinə bölük komandiri təyin olunub. 1994-cü ildə ailə həyatı qurub və bu evlilikdən onun 2 oğlan övladı dünyaya gəlib. 2001-ci ilin iyun-sentyabr aylarında Zaqatala-Balakən rayonları ərazisində kriminogen durum kəskin şəkildə pisləşmişdir, həmin ilin iyun ayının 30-da silahlı cinayətkarlar Daxili Qoşunların N saylı hərbi hissəsinə basqın etmişlər və basqın zamanı silahlı cinayətkarların qəfil hücumuna məruz qalan, hərbi hissə üzrə növbədə olan kapitan Vəliyev Bakir özünü itirməmiş, cinayətkarların bütün tələblərini rədd edərək onlara ciddi müqavimət göstərmişdir. Məhz buna görə də cinayətkarlar növbətçi hissədə saxlanılan silahları əldə edə bilməmişlər. Zabitimizin cəsarətini və qorxmazlığını görərək, cinayətkarlardan biri ona odlu silahdan atəş açmışdır. Bundan sonra cinayətkar dəstə hərbi hissədən qaçmış, naməlum istiqamətdə gizlənmişdir. Həmin gecə basqın zamanı cinayətkarlar qərargah növbətçisi olan əsgərə bədən xəsarəti yetirmişlər, ağır güllə yarası almış kapitan Vəliyev Bakir 12 avqust 2001-ci ildə Bakı şəhərində yerləşən Daxili Qoşunların hərbi hospitalında vəfat etmişdir, valideyinləri Göyçay rayonunda məskunlaşdıqları üçün Göyçay Şəhidlər Xiyabanında dəfn olunmuşdur. İgidlik və cəsarətinə görə Vəliyev Bakir Yusif oğlu ölümündən sonra Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuşdur.

Vəliyev Bakir Yusif oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Laçın
Vəfat tarixi (38 yaşında)
Vəfat səbəbi Şəhid (Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli 697 nömrəli qanunu əsas gətirilərək şəhidlik statusu verilməmişdir)
Dəfn yeri Göyçay Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu - hərbi təlim və fiziki tərbiyə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Daxili Qoşunlar
Rütbəsi Kapitan
Vəzifəsi Bölük Komandiri
Döyüşlər Terrorçu dəstəyə qarşı mübarizə
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

https://azertag.az/xeber/daxili_isler_nazirliyi_ve_respublika_prokurorlugu_metbuat_xidmetlerinin_melumati-816091

https://e-qanun.az/framework/975