Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı.
Bakugöl | |
---|---|
Bakugöl | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3200 metr |
Eni | 145 metr |
Uzunluğu | 150 metr |
Yerləşməsi | |
Ölkə | İrəvan quberniyası |
Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı. Uzunluğu 150 m, eni 145 metr, 3200 metr yüksəklikdədir. Baku Ələyəz dağının zirvələrindən birinin adıdır (hündürlüyü 3128 m). Qədim türk dillərində baku təpə, baqu cərgə təpələr[1][2] və azərbaycanca göl sözlərindən ibarətdir. Təpəlik yerdə göl mənasındadır. XX əsrin 30-cu illərində fərmanla ermənicə Baqu — Liç adlandırılmışdır. 936-cı ilin ərəb mənbəyində adı çəkilən Bakı (qədim forması Baku) şəhərinin adı ilə mənaca eynidir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxan-Şura dairəsində Baku-tala, Kuban əyalətinin Eysk dairəsində Bakay-Aci-Aul, Teymurxan-Şura dairəsində Bakay-Kiçiklik (dağ burnu)[3] toponimləri ilə sıra təşkil edir. Ehtimal ki, Zəngəzurda əhalisi azərbaycanlılardan ibarət Vaqazin kəndinin adı da Bakay və türk dillərində sin dağ beli sözlərindəndir. Bir mənbədə qeyd olunur ki, Alban çarı Vaçaqan (bu, III Vaçaqandır) 500-cü ildə Bakını qızı Varsenikə bağışlamışdır.