Vağazin — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd.[1]
Vağazin | |
---|---|
39°46′47″ şm. e. 46°28′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.510 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Vağazin kəndinin adı bir rəvayətə görə şəxs, digər rəvayətə görə isə quş (vağ) adındandır. Bəzi məlumatlara görə isə kəndin digər adı Şorcur (Şorsu) olmuşdur. 1933-cü ildə kənd Vağazin kimi qeydə alınmışdır. Oykonim vaqa (kömür) və zin (İran dillərində "di"-nin sinonimi kimi yer mənasını bildirir) komponentlərindən düzəlib, "kömürçü kəndi" mənasındadır.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vağazin kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Vağazin Laçın rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində olan Vağazin kəndi təxminən rayon mərkəzindən 41 km şimal-qərbdə yerləşir. Kənd Ərdəşəvi çayının sahilində, Qarabağ silsiləsinin yamacındadır, Qırxqız dağının ətəyində yerləşir.[7]
Kənd əhalisi milliyətcə türksoylu millət olan azərbaycanlılardan ibarətdir.[8][9]
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 1,098 nəfərdir.[mənbə göstərin]
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |