Balaşşadyarmat (mac. Balassagyarmat, slovak. Balašske Ďarmoty, alm. Jahrmarkt) — Macarıstanın şimalında şəhər.
Balaşşadyarmat | |
---|---|
Balassagyarmat | |
48°04′16″ şm. e. 19°17′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1244 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 35 |
Poçt indeksi | 2660 |
Digər | |
balassagyarmat.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsəbə Noqrad medyesinin mərkəzi Şalqotariyan şəhərinin 45 km qərbində, paytaxt Budapeştin 85 km şimalında, Slovakiyanın sərhədində yerləşən İpel çayının cənub sahilində yerləşir.
2001-ci ilin siyahıyaalınmasına əsasən, Balaşşadyarmat şəhərində 18 474 sakin məskunlaşmışdır. Əhalisi homojenlərdən təşkil olunmuşdur və böyük əksəriyyəti macarlardır (98% macarlar, 2 % rumınlar).[2] Toplam əhalinin 100%-i-nin ana dili macar dilidir.
İpel çayının kənarında yerləşən Balaşşadyarmat əlverişli coğrafi mövqeyə sahib olduğundan bir sıra tayfalar burada məskunlaşmışdır. Avropanın monqollar tərəfindən istilasından sonra qəsəbədə qala inşa edilmişdir. Şəhər 1552-ci ildə Budin bəylərbəyi Əli Paşanın komandanlığında olan Osmanlı qüvvələri tərəfindən fəth edildi və 1596-cı ilə qədər Osmanlı İmperiyasının tərkibində qaldı. 1662-ci ildə yenidən fəth edildi və 1686-cı ildə Habsburqlar tərəfindən işğal edilənə qədər Eğri əyalətinin sancağı oldu.[3]
Balaşşadyarmat aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: