Balint Balaşşi (mac. Gyarmati és kékkői báró Balassi Bálint, slovak. Valentín Balaša barón z Ďarmôt a Kameňa; 20 oktyabr 1554[1][2][…], Zvоlеn, Macarıstan krallığı[d] – 30 may 1594[1][2][…], Esterqom, Macarıstan krallığı[d][3]) — Macarıstan[4][5][6] intibahının ən görkəmli şairlərinindən biri idi. Əsasən macar dilində yazırdı,[7] lakin latın, italyan, alman, polyak, türk, slovak, xorvat və rumın dillərində də danışa bilirdi. Müasir Macarıstanın lirik və erotik şeirinin banisidir.[7]
Balint Balaşşi | |
---|---|
Doğum tarixi | 20 oktyabr 1554[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1594[1][2][…] (39 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı |
Balint Balaşşi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Balint Balaşşi Macarıstan Krallığının Zolyom (hal-hazırda Slovakiyanın Zvolen şəhəri) şəhərində anadan olmuşdur. Peter Bornemisa və anası Anna Sulyokdan təhsil almışdır. Polşada sürgündə olan atasına təsəlli vermək üçün Maykl Bokun Wurlzgertlein für die krancken Seelen əsərini tərcümə etmişdir, bu onun ilk işi idi. Atasının reabilitasiyası zamanı onu məhkəməyə aparmış və eyni zamanda 1572-ci ildə Macarıstan Krallığının paytaxtı Pressburqda (indiki Bratislava) keçirilən tacqoyma mərasimində iştirak etmişdir. Daha sonra isə orduda xidmət etməyə başladı və Şimal-şərqi Macarıstanda yerləşən Eqer qalasında zabit kimi türklərə qarşı vuruşdu. Burada kapitan temeşvarın qızı Anna Loşonçiyə aşiq oldu, lakin sevgisinə qarşılıq ala bilmədi. Lakin birinci həyat yoldaşının ölümündən sonra Anna Loşonçi Kristof Unqnad ilə ailə həyatı qurdu.
Balaşşi Annanı itirdikdən sonra onu nə qədər çox sevdiyini tərk elədi. Ona şeirlər həsr eməklə və hədiyyələr almaqla könlünü almağa çalışsa da, Anna öz əhdinə sadiq qaldı və həyat yoldaşını tərk eləmədi. Balaşşi öz sevgisini yalnız şeirlərində əbədiləşdirə bildi.
1574-cü ildə Balaşşi Stefan Batoriyə qarşı mübarizədə ona yardım etmək üçün Qaspar Bekeşin düşərgəsinə göndərildi; lakin qonun qoşunları məğlub oldu, özü isə yaralandı və əsir götürüldü. İki il əsirlikdə qaldı. Atası Yanoş Balaşşinin ölümündən qısa müddət sonra Macarıstana geri döndü.
1584-cü ildə dayısı qızı olan Kristina Dobo ilə ailə həyatı qurdu. Bu evlilik ona bir sıra uğursuzluqlar gətirdi. Həyat yoldaşının tamahkar qohumları hüquqi prosedurlarla onun bütün həyatını məhv elədilər və 1586-cı ildə ona və oğluna İslam dinini qəbul etdiyi haqqında edilən böhdanlardan və təqiblərdən qaçmaq üçün katolik dinini qəbul elədi. 1589-cu ildə Türkiyə ilə müharibəyə qoşulmaq üçün Polşaya dəvət olundu. Bu baş tutmadıqdan sonra 1591-ci ildə məyus şəkildə Macarıstana geri döndü. Orduya qoşuld və Esterqom-Vizivaroşun mühasirəsi zamanı həlak oldu. Hazırkı Slovakiyanın Hibbe şəhərində dəfn edildi.
Balaşşi ailəsinin ailə ağacı:[8]
Ferenç Balaşşa | Orsolya Perenyi | Balaş Sulyok | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İmre Balaşşa | Melhior Balaşşa | Anna Turzo | Ziqmond Balaşşa | Yanoş Balaşşa | Anna Sulyok | Sara Sulyok | İştvan Dobo | Kristina Sulyok | Dyörd Boçkay | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Baltazar Balaşşa | İştvan Balaşşa | Balint Balaşşi | Ferenç Balaşşi | Damian Dobo | Ferenç Dobo | Kristina Dobo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Katalin Haqimassi | İştvan Boçkay | Qabor Haller | İlona Boçkay | Mikloş Boçkay | Kristof Banfi | Yudit Boçkay | Dyörd Plaveç Xorvat | Krisztina Boçkay | Elizabet Boçkay | Kristof Batori | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||