Bala Kəngərli (Tərtər)

Bala KəngərliAzərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Balakəngərli kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur[2].

Bala Kəngərli
40°23′ şm. e. 46°57′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Tərtər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2.088 nəfər
Xəritəni göstər/gizlə
Bala Kəngərli xəritədə
Bala Kəngərli
Bala Kəngərli

"Xan arxı" adlanan məşhur arx Balakəngərli kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Balakəngərli kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür. Kənddə tarixi qəbirlər, əşyalar və s. aşkar edilmişdir. Kəndin yuxarısı ilə çəkilmiş "böyük kanal"ın əkinçilikdə böyük rolu var. Kənddə 2000-dən çox əhali yaşayır, əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdı.Əhalisi isə çok mehriban qonşuluq münasibətləri sürürlər.

1993-1995-ci illərdə ermənilər bu kəndi dəfələrlə atəşə tutmuşlar, lakin işğal edə bilməmişlər. Kəndin əksər evlərinin divar və darvazalarında erməni güllələrinin izi hələ də qalmaqdadır.

Bala Kəngərli Tərtər rayonu-nun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kicik olduğuna görə belə adlandırılmışdır. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kicik hissəsi" deməkdir[1].

Əhalisinin sayı 600 nəfərdir[2].

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.107
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010