Bayandurlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Bayandurlu kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəbirli kəndi mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] Bayandurlu kəndi də 1993-cü ildə Ermənistanın işğalı altına düşmüş və 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra azad edilmişdir.
Bayandurlu | |
---|---|
40°27′ şm. e. 46°59′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim "bayandurlara məxsus yer və Bayandur yaşayış məntəqəsindən köçüb gələnlər" deməkdir. Etnotoponimdir.[2] Bayandurlu kəndi həmçinin türk mənşəli Bayandur tayfasının adını daşıyır. Bayandurlar oğuzların böyük boylarından biridir və tarixi Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox yer adları mövcuddur.
Kənd Qarabağ düzündə yerləşir.
Əhalisinin sayı 476 nəfərdir.[3]
Tərtər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |