Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd[1][2][3], daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ[4]) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd.[5] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[6] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır.[4]
Aşağı Oratağ | |
---|---|
40°11′18″ şm. e. 46°46′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 597 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur.[7]
XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır.[7] Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu[1].
Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Erməni silahlı qüvvələrinin işğalı altında idi. 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Aşağı Oratağ kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[8]
Kənd dağətəyi ərazidə yerləşir[7].