Balakən rayon Tarix- Diyarşünaslıq muzeyi — 1984-cü ildə fəaliyyətə başlamışdır. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılan muzey 2003-cü ildə yenidən fəaliyyətə başlayıb.[1]
Balakən Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1984 |
Mövzu | Tarix |
Yerləşir | Balakən, Heydər Əliyev prospekti 42 |
Ünvan | Balakən rayonu ,Heydər Əliyev prospekti 42 |
Kolleksiyası | 5138 eksponat |
Direktor | Musayev Turan Tofiq oğlu |
Telefon | (+99424) 295 32 53 |
İş rejimi |
(I – V) 09:00 – 18:00 (Vl- Vll) 10:00-16:00 |
Muzey birmərtəbəli binada yerləşir. Muzeyin ümumi sahəsi 322, 7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5000-dən artıq eksponat vardır.
Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə daş , tunc, erkən orta əsrlər və orta əsrlər , XVIII, XIX, XX əsrlər və müasir dövrə aid eksponatlar nümayiş olunur. Muzeyin fondu 5158 ədəd eksponat təşkil edir.
Muzeyin 7 ekspozisiya zalında eksponatlar nümayiş etdirilir:
Muzeyin ekspozisiya zalında tunc dövrü və antik dövrü əks etdirən eksponatlar rayon ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Onların böyük bir qismi eradan əvvəl IV–III əsrlərə aid məişət və bəzək əşyaları, silahlardır. Burada gildən düzəldilmiş üçayaqlı qablar, qara gildən hazırlanmış küplər, su qabları və s. möcvuddur. Muzeyin eksponatları sırasında qədim dövrlərə aid olan müxtəlif növ gil qablar, XVII–XIX əsrə aid olan mis qablar üstünlük təşkil edir. Sərgilənən bütün eksponatlar əhali tərəfindən bağışlanılan və muzey işçiləri tərəfindən rayon ərazisindən toplanan eksponatlardır. Muzeydə "Rayonda mövcud olan tarixi abidələr haqqında" xüsusi guşə də yer almışdır. Burada həmçinin Balakən rayonunun Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarından ibarət "Zəfər Guşəsi" ,fındığı qərzəkdən çıxaran maşının Balakənli ixtiraçısı Məhəmməd Əndiyevə, rayonun 18 nəfər "Sosialist Əməyi Qəhrəmanları"na, rayonun şəxsiyyətlərinə aid və s. guşələr də vardır.[2]
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmrinə əsasən 2001-ci ilin yanvar ayında Balakən rayon Tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti bərpa olunmuş, muzeyin maliyyələşdirilməsi isə 2003-cü ildən həyata keçirilmişdir.