Ledenika

Ledenika (bolq. Леденика) — Bolqarıstanın şimal-qərbində mağara.[1] Mağara Balkan dağlarında, Varsa şəhərinin 16 km-də yerləşir. Mağara daxili qeyri-adi mağara relyf formaları ilə məhşurdur. Mağaraya giriş dəniz səviyyəsindən 830 metr hündürlükdə, konusvari çökəkliyin dibində yerləşir.

Ledenika mağarası
bolq. Леденика
Ümumi məlumatlar
Uzunluğu 320 m
Kəşf tarixi 1961
Yerləşməsi
43°12′16″ şm. e. 23°29′28″ ş. u.
Ölkə  Bolqarıstan
parkledenika.com
Ledenika mağarası xəritədə
Ledenika mağarası
Ledenika mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ledenika mağarasının uzunluğu 320 metr olub 10 zaldan ibarətdir. 1961-ci ildə kəşf olunmuş və o ildən turistlərin ziyarətinə açıqdır.[1] Antaraktidakı Qreyam Torpağındakı Ledenika piki bu mağaranın adını daşıyır.[2] Mağara geoloji baxımdan pliosen epaxasında formalaşmışdır[3].

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Mağara daxilində temperatur −7 °C, −15 °C, və mağaranın dərinliyində 8 °C olur. Havanın rütubətliyi 92 %. Flora və fauna baxımdan mağara kasıbdır. Hər canlı bu şəraitə uyğunlaşa bilməmişdir. Mağarada yarasalar, mağara böcəkləri, otyeyən həşaratlar, hörümçəklər üstünlük təşkil edir. Bitki aləmindən ancaq mamırlara və şibyələrə rast gəlinir.

Mağaradakı ən aşağıdakı zalda qış və yaz aylarında buz stalaktit, stalaqmitşəlalələr formalaşır. Daha sonra dairəvi formada olan — «Malkata» (kiçik) zalı yerləşir. Mağaradakı ən böyük zal «Konsert zalı »adlanır. Eni 45 metr, uzunluğu isə 60 metrdir. Maksimal hündürlük 22,7 metrdir. Zal özünün yaxşı akustikası ilə diqqət çəkir. O üzdən tez-tez bu zalda konsertlər təşkil olunur[1]. Mağaradakı zallardakı formalar xarici görünüşünə görə timsahı, insan kəlləsini, qartalı, şaxta babanı və s. xatırladır. Konsert zalında «Soyuducu» adlı kiçik göl yerlşir.

Mağara osmanlı imperiyası zamanından məlum idi. Mağaradan çobanlar qoyun südü saxlamaq üçün istifadə edirdilər. Mağaranı rəsmi olaraq ilk dəfə 1925-ci ildə bolqar botanikispeleoloqu Nenka Radev xəritəyə əlavə etmişdir.

  1. 1 2 3 Scheffel, Richard L.; Wernet, Susan J., eds. (1980). Natural Wonders of the World. United States of America: Reader's Digest Association, Inc. pp. 215. ISBN 0-89577-087-3.
  2. "SCAR Composite Gazetteer". data.aad.gov.au. 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  3. Shanov, Stefan; Kostov, Konstantin. Dynamic Tectonics and Karst (ingilis). Springer. 2014-09-23. ISBN 978-3-662-43992-0. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.