Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Dağtərxunu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Dağtərxunu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir. Bəzən Dağtərxunu cinsi xrizantema (payızgülü) cinsi ilə birləşdirilir.
Adi dağtərxunu çiçəklərindən qurd əleyhinə vasitə kimi askaridoz və enterobiozda, eləcə də ödqovucu kimi qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəliklərində istifadə olunur.
Hamiləlik.
10 q (1 x. q.) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı daxilə qəbul edilir.