Baltoro (urdu بلتورو گلیشیر) — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq (şimalda) və Maşerbrum (cənubda) silsilələri arasında yerləşir. Ərazi Kaşmir ərazisi tərkibində olmaqla Pakistan tərəfindən nəzarətdədir[1]. Avropalı tədqiqatçılar ilk dəfə Baltoro buzlağına XIX əsrdə gəlib çatmışlar. 1856-cı ilin avqustunda Adolf Şlaqintveyt ilk dəfə olara buzlağı tədqiq etmişdir.[2]
Baltoro | |
---|---|
urdu بلتورو گلیشیر | |
| |
Ümumi məlumatlar | |
Tipi | Dağ buzlağı |
Uzunluğu | 62 km |
Sahəsi | 524 km² |
Qalınlığı | 750 m |
Yerləşməsi | |
35°44′11″ şm. e. 76°22′51″ ş. u.HGYO | |
Ölkə | Pakistan |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buzlağın uzunluğu 62 km, sahəsi 750 km²-dir. Baltoro buzlağının ümumi uzunluğu Cənubi Qaşerbrum axını ilə birgə hesablanır. Bu axın Qaşerbrum IV (7932) və Qaşerbrum III (7946) zirvələri arasından, 7200 metr hündürlüyə malik yayladan başlayır. Qaşerbrum IV massıvini cənubdan yvarlaqlaşdıraraq Baltoro şimaldan növbəti sağ axını olan Qodvin-Osteni qəbul edir (ing. Godwin Austen). Qodvin-Osten öz başlanğıcını dünyanın ikinci ən hündür zirvəsi olan K2-nin şərq yamaclarında yerləşən sirkdən alır. Buzlağın aşağı ətəyi dəniz səviyyəsindən 3400 metr yüksəklikdə yerləşir. Qar xəttinin hündürlüyü — 5100 metrdir.
4600-4650 metr hündürlükdə Baltoro və Qodvin-Ostin bulzaqlarının birləşdiyi yerdə geniş yastı ərazi formalaşıb. Bu ərazi Konkordiya adlanır. Konkordiyadan aşağıya Baltoro buzlağı 35 km məsafədə düz xətt üzrə qərbə uzanır və 3400 metr yüksəklikdə bitir. Buzlağın bitdiyi ərazidən Biafo çayı formalaşır. Orta axarda çay Braldu, Hind çayına tökülənə qədər isə Şiqar adlanır.
Baltoro buzlağına ondan çox axın birləşir. Bu axınların hər biri özlüyündə mürəkkəb dərə buzlaqlarıdır.
XIX əsrin əvvələrində Baltoro buzlağından və onun sağ axını olan Muztaqdan karvan yolu keçirdi. Yol Muztaq (5860) aşırımından keçərək Kaşmirin Yarkend çayı vadisinə düşür. Sonrakı dövrlərdə qar axınlarının böyüməsi nəticəsində karvan yolu yararsız vəziyyətə düşmüşdür.
XX əsrdə buzlaq yetərincə geriləmiş (1929-58-ci illərdə 300 metr). Kosmik çəkilişlərə əsasən 1970-ci ildən buzlaq dilinin vəziyyəti dəyişməyib[1].
Baltoro buzlağından bir çox dağ zirvələrinə gedən marşrut keçir. Mərkəzi Karakoruma gedən ekspedisiyanı, eləcə də, Tranqo Tauer, Muztaq Tauer (7276), Çaqori (8611), Skyanq Kanqri (7545), Broud Pik (8051), Qaşerbrum IV (7932), Qaşerbrum III (7946), Qaşerbrum II (8034), Xidden Pik (8080) və Maşerbrum (7821) zirvələrinə gedən marşrutları misal göstərmək olar.