Bamiyə (bitki)

Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü.

Bamiyə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır.

Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali AmerikaCənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir.

Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır. Bitkinin elmi adı olan, Abelmoschus, ərəbcə "müşk atası" mənasını verən أَبُو المِسْك (ʾebu'l-musk) ifadəsi ilə latın dilinə keçmişdir.

Morfoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Onun gövdəsi isti iqlimdə 70–90 sm, isti iqlimdə isə 1–2 metrdir. Yarpaqları xurmavari formada, kökləri kifayət qədər dərin, meyvəsi uzunsov, piramidaşəkilli formada, toxumları yuvarlaq, oval və yaşıl rəngdədir.

Ekoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Quraqlığa qarşı dözümlü olan yeməli abelmoş bitkisi şaxtaya qarşı dözümsüzdür.

Yeməli abelmoş təzə və quru formada istehlak edilə bilər. Təzə ikən yığılıb istehlak edilməlidir, çünki, zaman keçdikcə yəni yetişdikcə kardinal olur, başqa sözlə qartıyır. Yeməli abelmoşun qurudulması çiçək açan kimi yığılıb sapa keçirilib günəş altında saxlanılmaqla həyata keçirilir. Yeməli abelmoş bir çox müxtəlif mətbəxlərdə öz yerini tapmışdır. Bunlara Aralıq dənizi ölkələri, Hindistan, Yaponiya və ABŞ-nin cənub ştatları daxildir. Yeməli abelmoşum hazırlanma üsulu da ölkədən ölkəyə dəyişir. Aralıq dənizi ölkələrində tərəvəz yeməyi olaraq və ya ətlə istehlak edilən yeməli abelmoş, Türkiyədə çox üstünlük verilməsə də, qızardılaraq da istehlak edilir.