Banan müharibələri

Banan müharibələri1898-1934-cü illər arasında ABŞMərkəzi AmerikaKarib hövzəsi ölkələri arasında “Mehriban qonşuluq siyasəti” yaradılması ilə əlaqədar baş verən müharibələr nəzərdə tutulur. Başqa sözlə ABŞ-nin Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinə işğal məqsədilə etdiyi müdaxilə seriyaları nəzərdə tutulur. Bu hərbi müdaxilələr əksər hallarda ABŞ Dəniz qoşunları korpusu vasitəsilə həyata keçirilirdi.1921-ci ildə Dəniz qoşunları “Kiçik Müharibələrin strategiyası və taktikası” nizamnaməsini hazırlayırlar.Bəzi hallarda isə hərbi-dəniz donanması da top atəşi ilə öz köməkliyini göstərərək dəstək olurdular,eləcə də ordunun digər qüvvələrindən də istifadə olunurdu.

1898-ci ildə imzalanan Paris müqaviləsinə görə,İspaniya Kuba,Puerto-RikoFilippin üzərində nəzarət hüququnu ABŞ-yə güzəştə edir. Bundan sonra ABŞ Panama, Meksika, Honduras, Nikaraqua, HaitiDominikan Respublikasına müdaxilələr edir.

Müdaxilələr seriyası yalnız Prezident Franklin Ruzveltin başçılığı altında qoşunların Haitidən çıxarılması ilə başa çatır. Bu münaqişələrin səbəbi müxtəlif olsa da,əsas səbəb iqtisadi xarakterlə bağlı idi. ABŞ-nin bu hərbi müdaxilələri və ticarət maraqları arasındakı əlaqədən yaranan termin tarixə “Banan müharibələri” adı ilə düşür. Ayrıca qeyd etmək lazımdır ki, ”United Fruit Company” şirkəti Karib hövzəsi, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal hissəsi üzrə olan banan, tütün, şəkər çuğunduru istehsal aksizlərinin əhəmiyyətli maliyyə paketlərinə malik idi. ABŞ həmçinin yenicə tikilmiş,donanma gücü və qlobal ticarət baxımından çox əhəmiyyətli olan Panama kanalında nəzarət və təsir dairəsi olduğunu əsaslandıraraq,öz siyasi maraqlarını da irəliyə çəkirdi.

  1. Kuba və Puerto Riko.ABŞ-nin Kubaya müdaxiləsi və Puerto-Rikonun işğalı 1898-ci ildə baş vermişdir.
  2. Panama. ABŞ-nin bu əraziyə müdaxilələri 1846-cı ildə Mallarino-Bidlek müqaviləsi (bəzən Bidlek müqaviləsi və ya Yeni Qranada müqaviləsi deyə adlandırılır) dövrünə təsadüf edir, lakin müdaxilələrin intensivləşməsi isə 1856-cı ildə baş verən “Yemiş müharibəsi”ndən sonra baş verir. 1903-cü ildə “30 günlük müharibə” dövründə Panama Kolumbiya Respublikasından ayrılır,bu, ABŞ hökuməti tərəfindən dəstəklənir. Bu hadisədən sonra isə Panama kanalında quruculuq işlərinə başlanılır və ABŞ hakimiyyəti altında olan Panama Kanalı Zonası yaradılır.
  3. Nikaraqua. Əvvəlki onilliklərdə hərbi-dəniz qırıcılarının davamlı olaraq enmələr etdiyi Nikaraqua,demək olar ki,ABŞ tərəfindən davamlı hücumlar nəticəsində 1912-33-cü illərdə işğal olunur.
  4. Kuba. ABŞ tərəfindən işğal olunan Kuba 1898-1902-ci illərdə hərbi başçı Leonard Vud tərəfindən idarə olunur.Ərazi 1906-1909,1912-ci ildə,1917-1922-ci illərdə də ABŞ tərəfindən işğal olunur.
  5. Haiti. Ərazi 1915-34-cü illərdə ABŞ tərəfindən işğal olunur.ABŞ müdaxiləsi 1917-ci ildə yeni Haiti konstitusiyasının qəbul olunmasına gətirib çıxarır ki,bu da artıq özündə “Haitili olmayanlara torpaq üzərində mülkiyyət hüququna qadağa” barədə düzəlişi əks etdirir.
  6. Dominikan Respublikası. 1903,1904(bu ildə Santo-Dominqo böhranı baş verir) və 1914-cü ildə müdaxilələr olur,ABŞ ordusu tərəfindən işğalı isə 1916-cı ildən 1924-cü ilə qədərki dövrü əhatə edir.
  7. Honduras. Ərazi “United Fruit Company” və “Standard Fruit Company” şirkətlərinin aparıcı banan ixracı sektoru,torpaq şirkətləri və dəmiryolları üzərində dominantlıq etdiyi bir yer idi.Amerikan qoşunlarının müdaxiləsi ilə isə 1903,1907,1911,1912,1919,1924 və 1925-ci illərdə rastlaşır. Təsadüfi deyil ki,yazıçı O.Henri 1904-cü ildə ilk dəfə məhz Honduras üçün “Banan respublikası” terminini işlədir.
  8. Meksika. ABŞ hərbi qüvvələrinin bu dövrdə Meksikaya müdaxiləsi eyni kommersial və siyasi səbəbləri özündə əks etdirirdi,amma burada özəl bir durum da var idi. Amerikalılar əlavə səbəblərdən dolayı 1910-1919-cu illərdə Meksikayla “Sərhəd müharibəsi” keçirmişdilər. Səbəblər isə bunlar idi:İnqilabi Meksikadan gələn qaçqınlar və immiqrant axınlarına nəzarət etmək;ABŞ ərazisində baş verən üsyançı hərəkətlərə qarşı çıxmaq.

1914-cü ildə Verakruzun işğalı isə sırf sərhədin bütövlüyünün yox,hərbi təsirin nümunəsi idi. Bu dövrdə isə ABŞ qarşısına belə bir məqsəd qoymuşdu ki, Viktoriana Huerta rəhbərliyindəki Meksika hökumətində Almanlar tərəfindən sursat təchizatı dayandırılsın. Xatırladaq ki,Vudro Vilson da Viktoriana Huertanı tanımaqdan imtina etmişdi.

  • Lester D. Langley. The Banana Wars: United States Intervention in the Caribbean, 1898-1934, SR Books, 2001, pp. 265