Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır.
Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür:
2024-cü il, oktyabrın 30-da "Bank Avrasiya" ASC-nin səhmdarları siyahısında dəyişiklik olub. Səhmdarların ümumi yığıncağının qərarına əsasən, bankın nizamnamə kapitalının 37.5 faiz hissəsinə malik "YevroStandart" MMC-nin payı "Top Properties" MMC-yə satılıb. Eyni zamanda, bankın digər səhmdarı - "PMD Group" MMC-nin nizamnamə kapitalındakı 37.5 faiz iştirak payının 12 faizi "Top Properties" MMC-yə, 24.5 faizi artıq 25 hissəyə sahib olan "Azbizneskom" MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb. Bununla da bankın nizamnamə kapitalının 49.5 faizinə "Top Properties" MMC, 49.5 %-ə "Azbizneskom" MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.[1]