SWIFT

SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.[2] SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib.[1] SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur.[2] Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar. Buna misal, İngiltərə (CHAPS), Fransa (SAGITTAIRE), İsveçrə (SIC) göstərmək olar.[3] Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir.[4] Bir ildə SWIFT ilə 5 milyard informasiya mübadiləsi aparılır.[5] Sovet İttifaqında SWIFT sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb.[1]

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)
SWIFT
Society for Worldwide Interbank Financial Telecommunication (SWIFT)
Loqonun şəkli
Növü Kooperativ cəmiyyəti
Yaranma tarixi 3 May 1973 [1]
Mərkəzi La Hulpe, Belçika [1]
Üzvləri
  • 2.000 nəf.
swift.com

SWIFT şifrə– ISO 9362 standartı əsasında yaradılan və SWIFT sistemində maliyyə hesablaşmaları iştirakçılarını identifikasiya etmək üçün nəzərdə tutulmuş unikal şifrədir. Bu standarta əsasən SWIFT BIC şifrəsi özündə hərf-rəqəm kombinasiyası növünü əks etdirir:[2]

BBBB CC LL bbb

Şifrənin hər hissəsi aşağıdakı kimi müəyyən edilir:

BBBB — maliyyə təşkilatının şifrəsi və hesablaşma iştirakçılarını identifikasiya edən unikal 4 simvollu hərfi şifrədir.

CC — ölkə kodu və ISO 3166 standartı əsasında 2 simvollu hərfi koddur.

LL — 0 və 1 rəqəmlərindən başqa 2 simvollu hərf-rəqəm tipli yerləşməni bildirən koddur. Cütlükdə 1 rəqəmindən istifadə olunması qeyri-fəal koda, 0 isə SWIFT şəbəkəsində işi test etmək üçün nəzərdə tutulmuş xüsusi hala işarədir.

bbb — filialın kodudur. Filiallar olmadığı təqdirdə isə XXX simvollarından istifadə edilir.

SWIFT maliyyə mesajları aşağıdakı kateqoriyalara ayrılır

[redaktə | mənbəni redaktə et]
  • Sistem mesajları[3]
  • Müştəri köçürmələri və çekləri
  • Maliyyə təşkilatlarının köçürmələri
  • Pul bazarları – forex, depozitlər
  • İnkassa və kassa məktubları
  • Qiymətli kağızlar bazarları
  • Qiymətli metallar
  • Akkreditivlər və qarantiyalar
  • Yol çekləri
  • Nağd pulun idarə edilməsi və müştəri statusu.

SWIFT kimindir və ona kimlər nəzarət edir?

[redaktə | mənbəni redaktə et]

SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir. 2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir[4]

SWIFT-ə qoşulma

[redaktə | mənbəni redaktə et]

SWIFT-ə qoşulma xərci 160–200 min dollar təşkil edir ki, bu da orta və kiçik banklar üçün böyük məbləğdir. Beynəlxalq bank əməliyyatlarını yerinə yetirmək hüququna malik olan istənilən bank SWIFT-in üzvü ola bilər. SWIFT- ə tam olaraq qoşulma prosesi 4 aydan gec olmayaraq baş verir və iki mərhələdən ibarətdir:[6]

  • Maliyyə təşkilatının SWIFT ittifaqı üzvülüyünə qoşulması. SWIFT Direktorlar Şurası sənədləri nəzərdən keçirir və bankın cəmiyyətə qəbul edilməsi haqqında qərar qəbul edir;
  • Maliyyə təşkilatında SWIFT aparat və proqram kompleksinin yaradılması. Bu mərhələdə bütün texniki məsələlər həll edilir, kommunikasiya avadanlığı əldə edilir və heyətə texniki vasitələrlə bağlı təlim keçirilir.

Əməliyyat mərkəzləri

[redaktə | mənbəni redaktə et]

SWIFT təhlükəsiz mesajlaşma şəbəkəsi ABŞ , Hollandiyaİsveçrədə yerləşən üç məlumat mərkəzindən idarə olunur . Bu mərkəzlər məlumatı real vaxt rejimində paylaşırlar . Məlumat mərkəzlərindən birində nasazlıq olarsa, digəri tam şəbəkənin trafikini idarə edə bilir. SWIFT öz məlumatlarını ötürmək üçün sualtı rabitə kabellərindən istifadə edir. 2009-cu ildə İsveçrənin Diessenhofen şəhərində üçüncü məlumat mərkəzini açdıqdan qısa müddət sonra SWIFT iki mesajlaşma zonası, Avropa və Trans-Atlantik ilə yeni paylanmış arxitektura təqdim etdi, beləliklə Avropa SWIFT üzvlərinin məlumatları artıq ABŞ məlumat mərkəzini əks etdirmir. Avropa zonası mesajları Hollandiyadaİsveçrə əməliyyat mərkəzinin bir hissəsində saxlanılır; Trans-Atlantik zona mesajları ABŞ-də və İsveçrə əməliyyat mərkəzinin Avropa zonası mesajlarından ayrılmış başqa hissəsində saxlanılır. Avropadan kənar ölkələr standart olaraq Trans-Atlantik zonaya ayrılmışdı, lakin mesajlarının Avropa zonasında saxlanmasını seçə bilərdilər. İsveçrə əməliyyat mərkəzi Diessenhofendə tikilib.

Data mərkəzləri
SN SWIFT məlumat mərkəzləri Növ
1 Zoeterwoude , Hollandiya OPC (Əməliyyat Mərkəzi)
2 Culpeper, Virciniya , Amerika Birləşmiş Ştatları OPC (Əməliyyat Mərkəzi)
3 Diessenhofen , İsveçrə OPC (Əməliyyat Mərkəzi)
4 Honq Konq Əmr və Nəzarət

Azərbaycan Bankları

[redaktə | mənbəni redaktə et]

İlk 4 simvol bank kodunu, sonrakı 2 simvol ISO ölkə kodu (Azərbaycan üçün AZ), sonrakı 2 simvol isə yerli kodu ifadə edir. Azərbaycanda fəaliyyət göstərən bütün banklar, Mərkəzi Bank, bank olmayan Aqrarkredit birliyi, Dövlət Xəzinədarlığı Agentliyi SWIFT-in üzvləridir.[2][7]

Azərbaycan Bankları BIC Kodu / Swift Kodu
AccessBank ACABAZ22
AFB Bank AZFIAZ22
AGBank AZEGAZ22
Amrahbank AMRAAZ22
ASB Bank CAPNAZ22
Atabank ATAZAZ22
Azər Türk Bank AZRTAZ22
Bank BTB BBTBAZ22
Bank of Baku JBBKAZ22
Bank Respublika BRESAZ22
Bank Silk Way AZALAZ22
Beynəlxalq Bank IBAZAZ2X
Caspian Development Bank CDBBAZ22
Dəmirbank AZERAZ22
Expressbank AZENAZ22
Gunay Bank GUNAAZ22
Kapital Bank AIIBAZ2X
Muğanbank MUGAAZ22
NBC Bank NBCBAZ22
Nikoil Bank NICBAZ22
Paşa Bank PAHAAZ22
Rabitəbank RBTAAZ22
Turanbank TURAAZ22
Unibank UBAZAZ22
VTB Bank Azərbaycan VTBAAZ22
Xalq Bank HAJCAZ22
Yapı Kredi Bank Azərbaycan KABAAZ22
Ziraat Bankı TCZBAZ22
  1. 1 2 3 4 "SWIFT köçürmə: nədir və hansı məqsədlə həyata keçirilir?" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.
  2. 1 2 3 4 "SWIFT köçürmə: nədir və hansı məqsədlə həyata keçirilir?" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.
  3. 1 2 "SWIFT nədir?" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.
  4. 1 2 "Ukrayna böhranı: Rusiyanın xaric edilməsi istənən SWIFT sistemi nədir?" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.
  5. "SWIFT-siz qalmaq nə deməkdir?" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.
  6. "SWIFT-ə qoşulma" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.
  7. "SWIFT Azərbaycan Bankları" (az.). Archived from the original on 2022-02-27. İstifadə tarixi: 2022-02-28.