Azərbaycan İpoteka Fondu

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.

İpoteka və Kredit Zəmanət Fondu
İKZF
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Yaranma tarixi 16 sentyabr 2005-ci il
Fəaliyyət göstərdiyi yer Azərbaycan, Bakı, Bülbül prospekti, 40 AZ 1014
Prezident Fəxri Kazımov
mcgf.gov.az

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

İKZF-in tarixində mühüm hadisələr

[redaktə | mənbəni redaktə et]
  • 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması
  • 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi
  • 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması
  • 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi
  • 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması
  • 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi
  • 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması
  • 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi
  • 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi
  • 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi
  • 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]